Dünyaxanım Ağalar qızı Mehdiyeva yaşının az olmasına baxmayaraq, həm dirijor və həm də ifaçı kimi böyük uğurlar qazanaraq, Bakı şəhərindəki 34 nömrəli Uşaq Musiqi Məktəbində dərs deyir. O, bu məktəbdə yaratdığı uşaq xoru ilə Bakı şəhərində və respublikada keçirilən müsabiqələrdə, festifallarda həmişə ən yüksək pillədə olub. Eləcə də müğənni kimi ifa etdiyin mahnılara, ifa tərzinə və heç kimi təkrarlamayan səs tembirinə görə həmişə tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Sumqayıtda iki il bundan qabaq, Əməkdar müəllim Firəngiz Xəlilovanın 5 qızla yaratdığı “Zərif” qrupu respublikada yeganə olmaqla və böyük uğurlar qazanmaqla, bu qrupun solistlərindən biri kimi Dünyaxanımın da orada əməyi böyükdür.

Dünyaxanım həm də maraqlı şeirlər yazır və xarici ölkə yazarlarının hekayələrini dilimizə orijinal formada tərcümə eləyir.

İyun ayının 7-də Dünyxanım Ağalar qızı Mehdiyevanın ad günüdür. Bu xoşbəxt gün münasibətilə onu çoxminli oxucularımız adından təbrik edirik. Ona can sağlığı, xoşbəxtlik, səadət arzu edirik.

Onun dünya şöhrətli yazıçı Hans Xristian Andersendən tərcümə elədiyi “Mələk” nağıl-hekayəsini də çoxminli oxucularımızın ixtiyarına veririk.

Tərcümə edəni Dünyaxanım MEHDİYEVA

Hər dəfə yaxşı, xeyirxah, gözəl çöhrəli uşaq öləndə, dünyasını dəyişəndə göydən yerə Mələk enib kőrpənin əlindən tutub, qucağına götürür və yekə qanadları ilə onun ən sevdiyi yerlərin üstündən uçur. Yol üstü onlar cürbəcür güllərdən yekə gül dəstəsi toplayıb, özləri ilə səmaya gotürürlər. Haradakı onlar yerdən fərqli olaraq daha da gözəl çiçəkləyib, daha ətirli rayihə saçırlar. Ulu Tanrı da bütün o çicəkləri köksünə sıxır, amma ona ən çox gözəl görünənin yalnız bircəsini öpür: həmin gül Tanrıdan səs payı alır və mübarək ruhların xoruna qatılır.

Bunların hamısını ölmüş, dünyasını dəyişmiş uşağı qucağında səmaya doğru aparan Mələk danışırdı. Uşaqsa Mələyi elə bil yuxudaymış kimi eşidirdi. Onlar, uşağın həyatda ikən gəzdiyi, olduğu yerlərin, gozəl çicəklər açan yaşıl bağların, bağçaların üstündən uçurdular.

-Bu güllərdən hansılarını səmaya gotürək,- deyə Mələk uşaqdan soruşdu.

Bağçada gözəl, yarı cəhrayi rəngli qızıl gül kolu vardı. Lakin kiminsə pis, kobud əli onun budaqlarını elə sındırmışdı ki, yarı açmış qöncələrlə dolu olan kol, demək olar qurumuş və kədər içində sallanıb qalmışdı.

- Yazıq kol,- deyə uşaq sarsıntı ilə dedi. Əgər mümkünsə gəl onu da ozumuzlə səmaya göturək ki, qoy orada bu gül, yenə də açsın.

Mələk, həmin kolu götürüb və uşağı elə möhkəm öpdu ki, uşağın gözləri azca açıldı. Daha sonra onlar coxlu tər güllər, həmçinin təvazökar bənövşələr və sadə xrizantemlər də dərdilər.

- Bax indi tamamlandı. Biz, mənim sevdiyim gülləri götürdük,- deyə uşaq dilləndi.

Mələk razılıqla başını yırğaladı və onlar uçmağa davam etdilər.

Gecə sakit və işıqlı idi; bütun şəhər yatmış və dərin yuxuya getmişdi. Onlar dar bir küçənin üstündən uçurdular. Səkidə, yol qırağında saman, kül qırıqları, cürbəcür zir-zibil; alibastr, kirəmit qırıqları, cırım- cındır, geyilmiş şlyapalar… Bir sozlə bir əsrə yaxın işlənmiş və formasını itirmiş əşyalar tökülüb qalmışdı : elə bil bir gün əvvəl buradan köç olmuşdu.

Mələk, bütün bu lazımsız zir-zibilin içindəki köklərilə bir ovuc torpağa sarılmış, sınmış gül dibçəyindən tökülən çöl gülünə işarə elədi. Gül, artiq solmuş və yararsiz hala düşdüyündən, onu atmışdılar.

- Gəl bunu da özümüzlə götürək,- deyə Mələk bildirdi. Mən sənə uçduğumuz müddətdə bu gül haqqında danışacam.

Mələk yerə enib, gülü götürdü və uçduqca danışmağa başladı.

- Bu dar küçədə, alçaq zirzəmidə bir kasıb və xəstə oğlan yaşayırdı. O, lap körpə yaşlarından həmişə yataqda xəstə yatırdı. Özünü yaxsı hiss etdikdə isə qoltuqağacı ilə bu balaca hinə bənzər otağında iki dəfə irəliyə və geriyə gəzirdi. Vəssalam. Yay vaxtı hərdən günəş yarım saatlıq bu zirzəmiyə də boylanırdı. O zaman oğlan, günəşin şəfəqləri altında əyləşib, əllərini günün işığına uzadıb, barmaqlarından axan al qana tamaşa eləyirdi. Belə günəş altında oturmalar ona gəzintini əvəzləyirdi. Meşələrin zəngin yaz örtüyünə bürünməsini isə o, qonşu oğlunun ona yenicə yarpaqlamış fıstıq budağını gətirməsindən bilirdi. Oğlan, həmin budağı başının üzərində tutub fikrən yaşıl fıstıq ağacının altına uçurdu. Haradakı günəş parlayır və quşlar cəh-cəh vururdu. Bir dəfə qonşu oğlan ona çöl-çəmən çiçəkləri gətirmişdi. Onların arasında olanlardan birinin üstündə kökü də vardı. Oğlan, həmin gülü dibçəkdə əkib, çarpayısına yaxın bir yerdə qoydu. Görünür əli çox yüngül oldu. Çünki gül tez özünü tutdu və böyüməyə başladı. Özündən yeni çıxıntılar, köklər verdi. O artıq hər il açırdı və oğlan üçün bu gül, bütöv bir bağçaya bərabər idi. Həmin çöl gülü oğlanın torpaqdakı balaca, gözəl xəzinəsi idi. Oğlan ona su verir, qulluq eləyir və balaca hinə düşən hər günəş şəfəqinin ondan yan keçməməsinə fikir verirdi. Oğlan, balaca sevimlisi ilə yaşayıb, nəfəs alırdı. Axi o gül məhz onunçün açıb və rayihə saçırdı. Hətta

Ulu Tanrı oğlanı yanına səslədiyi, çağırdığı anda belə oğlan, üzünü gülə tərəf çevirdi... Son dəfə ona həsrətlə baxdı…

Budur artıq bir ildir ki, oğlan Tanrının yanındadır və bir il idi ki, həmin gül hamı tərəfindən unudulmuş, pəncərədə qalmış, solmuş, qurumuş və digər lazımsız əşyalarla bir yerdə küçəyə atilmışdı. Bax biz, indi həmin solmuş, zavallı gülü özümüzlə götürdük. Çünki o kral bağ-bagçalarında gur açan güllərdən daha çox sevinc bəxş etmişdi həmin oğlana.

- Sən bütün bunları hardan bilirsən, -deyə körpə maraqla Mələkdən soruşdu.

- Bilirəm, - deyə Mələk dedi. Axi o kasib, şikəst, qoltuq ağacları ilə gəzən oğlan məhz mən özüm olmuşam. Mən, öz gülümü tanıdım!

Bu zaman körpə gözlərini iri, geniş açıb, Mələyin gözəl və sevinclə dolu simasına maraqla baxdı.

Elə həmin andaca onlar Böyük Yaradanın yanında, səmada peyda oldular. Harada ki, əbədi sevinc və şadlıq hökm sürür. Ulu Tanrı bütün gülləri köksünə basdı, lakin təkcə həmin zavallı, solmuş çöl çiçəyini öpdu və həmin gül də Ulu Tanrını əhatə eləyən mələklərin xoşuna gəldi…

Mələklərin bəziləri Ulu Tanrının lap yanında, o biriləri bir az aralıda, digərləri isə lap aralıda, əksəriyyəti isə çox-çox uzaqda uçurdu, amma buna baxmayaraq onlar hamısı sevinclə dolu, bəxtiyar və xoşbəxt idilər…

Hamı oxuyurdu. Böyüklər də, yenicə dünyasını deyişmiş körpə də və səkiyə, küçəyə lazımsız əşyalarla birgə atılmış, solmuş, qurumuş həmin çöl çiçəyi də… Çünki artıq o da dirilmiş, yarpaqlar və gözəl çiçəklər açmışdı…

Bütün xəbərlər Facebook səhifəmizdə