Elimə, obama yaz, bahar gəlir,
Torpağın bağrını çiçəklər dəlir.
Ağaclar durmadan hey yaşıllaşır,
Təbiət oyanıb tez cavanlaşır.
* * *
Al-əlvan geyinir meşə, dağ-dərə,
Bahar qonaq gəlir bizim ellərə.
Günəşin şüası əridib qarı,
Qoşulur çaylarda coşan sellərə.
* * *
Gül açır çöl-çəmən, boyanır min rəng,
Sinəçdə çırpınır, döyünür ürək.
Quşlar qanad çalır, sanki oyanır,
Baxdıqca şairinq anı qaynayır.
* * *
Torpaq yetirdisə bolluca bəhər,
Yorulmaz zəhmətlə işləyən əllər.
Gün o gün olsun ki, gəlsin şad xəbər,
Bu gözəl baharda biz çalaq zəfər.
Tural Coşqun
Bütün xəbərlər Facebook səhifəmizdə