"Türk və Azərbaycan ədəbiyyatında sevgi şeirləri" Antologiyası işıq üzü görüb

Türkiyədə möhtəşəm "Türk və Azərbaycan ədəbiyyatında sevgi şeirləri" Antologiyası işıq üzü görüb. SİA-nın verdiyi məlumata görə, istər Türk, istərsə də Azərbaycan ədəbiyyatına xidmət edən 3 cilddən ibarət kitab Azərbaycan Xalq Cümhuriyyəti quruluşunun və Qafqaz İslam Ordusu Hərəkatının 100 illik xatirəsinə həsr edilib.

Artıq oxucuların ixtiyarına verilən, sevgi şeirlərindən ibarət olan 1-ci cild hər iki ölkənin ziyalıları tərəfindən rəğbətlə qarşılanıb. Kitabı ərsəyə gətirən müəllif Türkiyə Cümhuriyyəti Xarici İşlər Nazirliyinin diplomatı, şair Abdullah Tüylü və Azərbaycanlı şair Nəzmiyyə Hicrandır. Kitabda seçkin şairlərin şeirlərinə üstünlük verən Abdullah Tüylü fikirlərini bizimlə qısa olaraq belə bölüşür: “Türkiyə ilə Azərbaycan, Türk Millətinin qurduğu iki ayrı dövlətdir. Şair Bəxtiyar Vahabzadənin dediyi kimi, “Bir ananın iki oğludur”, qardaşdırlar...

Bu çox asan olaraq “İki dövlət bir millət” şəklində dilə gətirilmişdir. Kəlimənin tam və gerçək anlamında qardaş olan bu iki xalq, uzun zaman iki ayrı siyasi sistem və iki böyük ideoloji blokdaqarşı-qarşıya yer aldıqları üçün bir-birlərindən xəbərsiz qalmışdılar. Bu üzdən də bir-birlərinin ədəbiyyatı, şeiri, sənəti haqqında çox şey bildikləri söylənə bilməz.

Türkiyədə bir Univeritet bağçasında olsa belə, beş Azərbaycan şairi adı sayacaq və əzbərə iki Azərbaycan şairinin şeirini oxuyacaq bir tələbəyə rast gəlmənin imkanı yoxdur. Eyni şəkildə Azərbaycanda da beş Türk şairinin adını saya biləcək və ya Türk şeirini oxuya biləcək bir Universitet tələbəsinə rast gəlmək mümkün olmadı. Ən azından şeir alanındakı boşluğun doldurulmasında ilk addım olması üçün şair, yazar, düşünür Nəzmiyyə Hicran xanımla güclərimizi birləşdirib iki ədəbiyyatın ən gözəl şeirlərini seçərək “Sevgi Şeirləri Antolojisi”ni hazırladıq.

Türkcə şeirlərin qarşısına Azərbaycan türkçəsinə uyğunlaşmış şəkillərini qoyduq. Eyni şəkildə, Azərbaycan ədəbiyyatından seçdiyimiz şeirlərin qarşısınada Türkiyə türkçəsinə axtarımlarını verdik. Şivədən şivəyə şeirləri axtarırkən mümkün olduğu qədər şeirin fikrinə, duyğusuna, ahənginə sadiq qaldıq.

Seçdiyimiz şeirlərin böyük ölçüdə yayğın bilinən və sevilən şeirlər olmasına, şeir sənəti acısından səviyyəsinin yüksək olmasına diqqət etdik. Qardaşlıq təbii ki, gözəldir. Ancaq, sevgiyə dayanan qardaşlıq daha da gözəldir. Istədik ki, şeiri çox sevən, hafizəsində onlarca şeiri gəzdirən Azərbaycanlı qardaşlarımız Türk şeirlərindən də örnəklər oxusun, əzbərləsin, ürək sözlərini dilə gətirərkən söhbətini Türk şeiri ilə süst bəzəsin. Istədik ki, Türkiyəli qardaşlarımız da Azərbaycan ədəbiyyatından şeirlər oxusun, sevdiklərini əzbərləsin, söhbətlərinə başqa bir ləzzət qatsın.

Hər iki ölkədə yaşayan millətimizi çox sevən ədəbiyyatçılar olaraq bizlər, ən gözəl amaclarla əmək verib daha öncə örnəyi verilməmiş belə bir əsər ortaya qoyduq, xətalarımız varsa da bağışlayacağınıza əminik. Türk ədəbiyyatından şeirlərin seçimi sırsına, incə ədəbiyyat zövqüylə bizə qatqılar sunan Dış İşləri Bakanlığımızın dəyərli mənsubu, sayın Mütərcim Canan Yağuşa təşəkkür edirik. Ayrıca kitabın hazırlanmasında heç bir fədakarlıqdan uzaq durmayan dəyərli yayınçımız, naşir, Xalq Şairi Dursun Yelkənə də təşəkkür etməyi özümüzə borc bilirik. Başarılı oldusa nə gözəl bizə...".

Doğrudan da hər bir xalqın sərvəti onun ədəbiyyatıdır. Bu kitab isə istər Türk ədəbiyyatının, istərsə də Azərbaycan ədəbiyyatının ən bariz nümunəsidir.

Biz hər iki müəllifə Abdullah Tüylü bəyə və Nəzmiyyə Hicrana, Türk dünyasına xeyirli-uğurlu olsun deyirik...

Bütün xəbərlər Facebook səhifəmizdə