(Acılı-şirinli 40 il birgə yaşadığım həyat yoldaşım Tamella xanımın əziz xatirəsinə ithaf edirəm)

Qanadsız bir quşa döndün
Mən yaz idim, qışa döndüm
Sən öləndə, mən də öldüm
Ömrüm, günüm, ay Tamella .

Yoxluğuna inanmıram
Bir yerdə mən duranmıram
Sənsiz həyat qurammıram
Ömrüm, günüm, ay Tamella.

Uzaqda yox, yaxındasan
Damarımda, qanımdasan
Mənimləsən, canımdasan
Ömrüm, günüm, ay Tamella.

Xəstə oğul verdi bizə
Gələmədik bir kəndimizə
Dedim bəlkə, gəldik gözə
Ömrüm, günüm, ay Tamella.

Qırx ili biz vurduq başa
Çox arzunuz dəydi daşa
Dünya yalan başdan-başa
Ömrüm, günüm, ay Tamella.

Məni qoydun yarı yolda
Indi yoxsan sağ, solumda
Can qalmadı, bu canımda
Ömrüm, günüm, ay Tamella.

Tahir Ələkbərli
15.07.2018-ci il

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...