Kiməm mən? Keçəl Həmzənin nəvələri

Adam var Rüstəm tək niyyəti qara,

O, bir dost rusdilli azman bazara,

Sağlam ayağilə çatmaqda gora,

Kor ərəbin ölmüş dəvəsiyəm mən.

Düşəndə, gab dibi cəhdlə yalayan,

Çaqqal tək üç ağız şaqraq ulayan,

Bədnam qonşulara quyruq bulayan,

Əkrəmin erməni kirvəsiyəm mən.

Yeyərdim xalqımı bir yamyam kimi,

Kor etdim Almı Həsən xan kimi,

Meteni əridib yanar şam kimi,

İçindən çökdürən güvəsiyəm mən.

Biz ayaq dartanda oluruq sayıq,

Şöklü Məliklərə əzəldən tayıq,

Beyrəyə qəsd edən Aruz Qoçayıq,

Oğuza xainlik zirvəsiyəm mən.

Xainlik yolunda mən üzüqara,

Kim atsa kepkama bollu pul-para,

Dönərəm Yalançı-Yalmçıqlara,

Qaniçən vampirlər nüvəsiyəm mən.

Elimə-obama nifrət ələyən,

Babəki ərəbə tabe eləyən,

Xəlifə önündə sonda mələyən,

Aqşinin alovlu nəfəsiyəm mən.

Koroğlu keçəndə üzünə gülən,

İgidlər önündə sınıb əskilən,

Qırata, Dürata qənim kəsilən,

Keçəl Həmzələrin nəvəsiyəm mən.

Valeh Məhərrəmli

Bütün xəbərlər Facebook səhifəmizdə