“Qəbələ” hazırlığını davam etdirir

“Qəbələ” 2018/19 mövsümünə hazırlığını davam etdirir. SİA-nın məlumatına görə, iyunun 20-də start götürən Sloveniya toplanışını başa vurub, iyulun 5-də Vətənə qayıdan “qırmızı-qaralar” birgünlük fasilədən sonra məşqlərini Bakıda gerçəkləşdiriblər. İyulun 8-də baş tutan məşqlə komanda paytaxtdakı hazırlığı başa vurub. Futbolçular günün ilk yarısında hazırlıq keçiblər.

“Qırmızı-qaralar” UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin “Proqres”lə ilk oyununa hazırlığı yekunlaşdırmaq üçün Qəbələyə yollanacaq. “Qəbələ” matçadək doğma stadionunda məşq edəcək.

Xatırladaq ki, Lüksemburq təmsilçisi ilə qarşılaşma iyulun 12-də Qəbələ şəhər stadionunda keçiriləcək. Matç saat 20:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə