Azərbaycanlı qızın böyük uğurları

Nərgiz Qəribli Qaya. Bu ad və soy ad azərbaycanlılara tanış olmasa da Türkiyə oxucularına yaxşı tanışdır. Türklər onun şeirlərini, hekayələrini maraqla oxuyurlar. Nərgiz Qəribli Qaya hələ cavan olmasına baxmayaraq, qardaş Türkiyədə ədəbiyyat sevərlər onun uğurlu gələcəyinə böyük ümidlə baxırlar və ona inanırlar. Onlar həm də inanırlar ki, əslən azərbaycanlı olan Nərgiz xanım Türk ədəbiyyatına gələcəkdə böyük töhfələr verməklə, çoxlu uğurlar gətirəcək. Nərgiz Qəribli Qaya, məşhur aktyor, rejissor, bir neçə maraqlı hekayələrin, povestlərin, pyeslərin, çoxlu televiziya və kinossenarilərin müəllifi, quruluşçu rejissoru, dəyərli ziyalı və 2018-ci ilin fevral ayının 16-da 66 yaşında dünyasını dəyişən Şahmar Qəriblinin qızıdır. Məhz ona görə də ədəbiyyat və incəsənət aləmi Nərgiz xanıma yadd deyil. O, uşaq yaşlarından atasının yazdığı hekayələri, povestləri oxuyub. Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili-Dram Teatrında ( indiki Dram Teatr) atasının yazdığı və tamaşaya qoyulan pyeslərə maraqla baxıb. Azərbaycan televiziyalarında Şahmar Qəriblinin özünün və başqalarının yazdığı, quruluş verdiyi televiziya tamaşalarını Nərgiz xanım maraqla seyr eləyib. Deməli. Nərgiz Qəribli Qayanın mayası uşaq yaşlarından ədəbiyyatla, incəsənətlə yoğrulub. O, hələ uşaq yaşlarından şeirlər, həkayələr yazır. Məhz buna görə də Nərgiz xanımı çoxminli oxucularımızla daha yaxından tanış etmək istəyirəm. Çünki zaman-zaman onun bədii əsərlərini oxucularımız Azərbaycan mətbuatından bundan sonra daha tez-tez oxuyacaqlar.

Qısa arayış: Nәrgiz Şahmar qızı Qәribli Qaya, 1991-ci ilin aprel ayında Azәrbaycanın Sumqayıt şәhәrindә doğulub. 7 il Sumqayıt şәhәr 11 nömrәli tam orta mәktәbdә oxuduqdan sonra, 2005-ci ildә təhsilini İstanbulun Ümraniyә şәhәrindә orta mәktәbdə davam etdirib. 2006-cı ildә İstanbul Bәylәrbәyi Hacı Sabancı Anadolu Litseyinə imtihan verərək, liseyin şagirdi olub. Beləliklə, orta mәktәb tәhsilini böyük uğurla burada tamamlayıb.

2010-cu ildə Balıqәsir Universitetinin Fizika şöbəsinə daxil olub və sonra 2013-cü ildә Anadolu Universitetinin Adalәt ( Hüquq) fakültəsinə keçərək, 2017-ci ildә oranı da uğurla bitirib.

Hələ 2012-ci ildә Türkiyədə təhsil alarkən Nərgiz xanım “İstanbul Qartal” qәzetindә müxbir kimi çalışmağa başlayıb. 2013-cü ildә “Zımbamagazin” qәzetindә qәzet redaktoru kimi öz işini davam etdirib. O, 2015-ci ildәn “Tekstil” jurnalında redaktor işlәyir.

Nәrgiz Qәribli Qayanın 2014-cü ildә, İkinci Adam Nәşriyyatında “Yersiz Cümlәlәr” adında ilk şeirlər kitabı çapdan çıxıb. Bu kitab Türkiyədə maraqla qarşılanıb. Bu gün də ən çox oxunan kitablardan biridir.

Nərgiz Qəribli Qaya indi dә redaktorluğunu vә tәrcümәçiliyini uğurla davam etdirir və özü də maraqlı şeirlər, hekayələr yazır. Biz, Nərgiz xanımın atası Şahmar Qəribliyə həsr etdiyi bir hekayəsini çoxminli oxucularımızın ixtiyarına veririk. İnanırıq ki, orijinal formada yazılan bu hekayə oxucuların da marağına səbəb olacaq.

Ağalar İDRİSOĞLU, Əməkdar incəsənət xadimi

Nərgiz Qəribli Qaya

Axşam Altı Xәbәrlәri

Hekayə

(Atam Şahmar Qəriblinin əziz xatirəsinə ithaf edirəm)

“Bәyoğluna xahiş edirәm”

Corabım süzülüb, әynimdәki patlara baxmayaraq fevral istisindә tәrlәyib, həyat yoldaşımın sevmәdiyi çәhrayı qәrәnfillәr alıb, yanına da bir kanyak qoymuşam. Qış mövsümünün əksinə olaraq, bir günәş fısıldayır buludların arasından.

... Uzun vaxtdır yazmıram, yazsam yəqin hekayәm belә başlayardı.

Bizimkilәr yola çıxdılar görәsәn? İnsanları dәvәt etdiyim zaman, israrla gecikmәmәlәrini vurğulamaqdan lap zәhlәm gedir. Amma deyәsәn zәng etmәk mәcburiyәtindә qalacam. Beynimә bir şey girәndә hәyatdan, hәtta nәfәs almaqdan belə zövq almıram. Bәxtә bax, radioda Rodriqonun “Gitara Konserti” çalınır. Gör ha, tam bir teatral sәhnәciyin içindәyәm elә bil. Onsuz da normal insanlar kimi yaşamağı bacara bilsәydim әgәr, hәyat belә qarmaqarışıq bir hal almayacaqdı. Çox fikirlәşmәyә nә gәrәk var? Necә idi o İngilis atalar sözü, “Ignorance is bliss”. Bax ha, yenә tәmtәraqlı şeylәr çıxdı ortaya. “Cәhalәt-xoşbәxtlikdir”… Axı illәrcә bizә mәktәblәrdә bunun tam әksi öyrәdilmәdimi? İngilislər isə cəhaləti xoşbəxtlik hesab eləyirlər. Әşşi nә bilim, әgәr dünyayla çox әllәşmәsәydim hәr halda indi daha xoşbәxt insan ola bilәrdim. Bu әsnada taksinin dә sayğacı yazdıqca yazır ha. Ya da “hörmәtli” taksi әmәkdaşımız ünvanı bilmәdiyimçün yolu uzadır deyәsәn? Onsuz da qaynanamgilә nә vaxt getsәm azıram. Kaş ki, bu yolu bir әzbәrlәyә bilәydim. Heyranam da yol yaddaşı olan insanlara. Bir dәfә getdikləri, gördüklәri yeri o saat әllәriylә qoyduqları kimi tapırlar. Atam da belәlәrindәndir. Bir yerә bir dəfə getsə, ikinci dəfə gedəndə düz həmin yerin üstünə çıxır. Elə bil pişik kimi ulduzlara baxmaqnan tapır kişi həmin yeri. Heç başa düşmürәm dә onun bu hissiyatını. Onsuz da bu mövzular mәni çox maraqlandırmır. Simic insan… İnsan rәssamlığından heç olmasa, bir az da olsa bir şeylәr sәpәr qızının geninә. O isə... Off… Yenә kefimi pozmağa heç niyyәtim yoxdu...

Nә isә, interneti açım görüm mesaj zad varmı. Kamal yenә də kükrәyəcək ki, niyә mesajlarıma baxmırsan? Allah Allah, bu kimdi? Nuray… “Xahiş edirəm mesajımı görәndә mәnә yaz, anangillәrә zәng çatmır!” Kimdi bu Nuray? Dayan, bacıma zәng vurum, o saat xatırlayar bu qızın kim olduğunu. Xatirәlәr

barәsindә onun әlinә su tökәn olmaz. Buyrun. Bu da Kamal müәllim. Artıq səbri tükənib zәng edir:

-Bәli әzizim…

-Hardasan Nihan?

-Taksidәyәm әzizim, gәlirәm.

-Әzizim tam olaraq haradasan?

-Bilmirәm ki, bir dәqiqә… Qardaş, tam olaraq haradayıq?

-Şişli tәrәfindәyik bacı, yarım saata olmasa da 45 dәqiqәyә Bәyoğlunda olarıq. Deyin ki, tıxac var. Amma tez aparmağa çalışacam sәni, -deyə taksi sürücüsü bildirdi.

-Eşitdin әzizim?

-Eşitdim әzizim. Yaxşı gözlәyirik sәni. Öpdüm.

Bәzәn fikirləşirəm ki, bu kişi anasının qarnında doqquz ay necә dayanıb-dözüb? Onsuz da doqquz ay dözməyib ki. Məgər hәmişә demirmi, “dәymә mәnә yeddi aylığam mәn”. Of, nə uzun yol imiş bu yol... Sürücü deyәsәn məni yolları dolandıra- dolandıra aparır. Bu qәdәr yola indidәn altmış altı lirә yazıb. Hələ qarşıda gör nə qədər yol var... Görünәn odur ki, aldığım avansı burada sürücüyə verməli olacam. Xәrc çox olmasın, sıxlıq olmasın deyә ad gününü qaynanamgildә edәk dedim. Belә getsə astarı üzündәn baha başa gələcək... Nә isә... Bacıma da zәng edә bilmәdim. Of, әlimdә yük olmasından lap zәhlәm gedir. Daha çox tәrlәdir, boğur mәni. “Bәs bu qәdәr kökәlәndә bilmirdin belә olacağını”,- deyə beynimdən keçirdim. Nә dәxli var. Onsuz da mәn arıq olanda da belә çox tәrlәyirdim. Lap ağlım başımdan çıxıb e... Bayaqdan özüm- özümlә müzakirә aparıram. Hә, yaxşı insan sözünün üstünә zәng edәr!

-Hә bacı, hardasınız, Allah bilir siz çoxdan getdiniz elә deyil?

-Nihan… o öldü!

-Ay bacı, nә deyirsәn kim öldü?

“Hәr vaxtınız xeyir hörmәtli dinlәyicilәr, axşam altı xәbәrlәriylә qarşınızdayam. İndi son dәqiqә xәbәrlәrimizә keçirәm. Bu gün, 66 yaşında mәşhur rәssamımız Baki Çoxbilәn, sabaha qarşı xәstәxanada dünyasını dәyişib. Ölüm sәbәbinin infakt olduğu bilinir. Әtraflı mәlumatı hәkimlәr irəlılәyәn saatlarda bildirәcәklәr. Ailәsinә vә sevәnlәrinә Allahdan rәhmәt vә başsağlığı dilәyirik. Әsәrlәriylә sәnәtsevәrlәrin…”

... Qulağımda Cemal Süreyanın şeirlərindən parçalar uğuldayır:

“Sizin heç atanız öldümü?

Mәnim bir dәfә öldü kor oldum

Yudular, aldılar apardılar...

Atamdan ummazdım bunu kor oldum!”

-Xanım, gәlib çatdıq, -deyə taksi sürücüsü uzun, yorucu sükutu pozaraq, dilləndi.

Bütün xəbərlər Facebook səhifəmizdə