Haqq-zəfər yoludur Ulu Öndər Heydər Əliyev-95

Ulu Öndər Heydər Əliyev özünü, xüsusilə də, Onun mənəvi tərbiyə, əxlaq, vətənpərvərlik tərbiyyəsi ilə bağlı zəngin irsinin öyrənilməsinin və təbliğinin müasir gənclik üçün, habelə, çağdaş pedaqogikamız üçün çox böyük əhəmiyyəti vardır.

Ulu Öndər Heydər Əliyev ona görə də müəllimlərdən tələb edirdi ki, gəncləri vətənpərvərlik tərbiyyəsinin beşiyi hesab olunmalıdır. Gəncləri vətənpərvərlik ruhunda tərbiyyəsi, vətənə sədaqətli olmaq üçün məktəblərimizdə çox iş görülməlidir.

Dövlət rəhbərinin fikrincə, müstəqil dövlətdə yaşayan hər bir vətəndaş birinci növbədə müstəqilliyinin, suverenliyinin təmin olunmasını öz həyatının dəyəri hesab etməlidir.

Ulu Öndər Heydər Əliyev demişdir: "Vətənpərvər insan mədəniyyətinin də, iqtisadiyyatının da, dilinin də, təhsilinin də inkişaf etməsini istəyir, xalqının rifah halının yüksəklərə qaldırılmasını istəyir. Bütün bunlar vətənpərvərlik məfhumuna daxil olan anlayışlardır".

XX əsrin ən böyük siyasətçisi, Ulu Öndər Heydər Əliyev dünya azərbaycanlılarının lideri, xalqımızın bəşəriyyətə bəxş etdiyi ən nadir simasıdır. Azərbaycana rəhbər kimi gəldiyi otuz ildə respublikamızın tarixində çətin və inqilabı dəyişikliklər dövrü kimi əbədi irs qoymuşdu.

Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə mükəmməl işlək idarəetmə sistemi yaratmışdır. 1986-cı ildə SSRİ Nazirlər Soveti Sədrinin brinci müavini vəzifəsinə irəli çəkilməsi ilə əlaqədar Moskvaya getdikdən sonra respublikamız sanki bir neçə il özbaşına idarə olundu. Xalqımızın böyük müdrik oğlu bədxahların əli ilə vəzifədən kənarlaşdırıldıqdan sonra isə Azərbaycan demək olar ki, bir neçə il başsız qaldı.

1993-cü ilin ortalarınadək ölkədə tez-tez baş verən hakimiyyət dəyişiklikləri Azərbaycana böyük bəlalar gətirdi. Ölkə və xalq böyük fəlakət qarşısında idi. Xalqı ağır fəlkət və qarşıdurmadan yalnız Ulu Öndər Heydər Əliyev çıxara bilərdi, çıxardı da.

Ulu Öndər Heydər Əliyev xalqın təkidli təlbəi ilə hakimiyyətə gəldi. Dünyəvi dövlətçilik qurmaq yolu tutdu. Prezident seçilərkən "Mən həyatımın qalan hissəsini xalqıma həsr edəcəyəm" deyən Ulu Öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirməsi əhalinin sosial rifah vəziyyətini yaxşıladırmaq və xalqın milli-mənəvi dəyərlərinin keşiyində durmağı əsas məqsəd sayırdı.

1993-cu ilin iyunundan gecə-gündüz çalışan Ulu Öndər Heydər Əliyevin 2013-cü ilin dekabr ayına kimi xalq üçün etdikləri tarixin səhifələrində dərin izlər qoymuşdu.

Ulu Öndər Heydər Əliyev Azərbaycan timsalında siyasətçi-islahatçı demokratik etiqadlı siyasətçi reallığın nə kimi işlər gördüyü, nə kimi böyük işlər göstərdiyini nümayiş etdirirdi. Bu gün digər ölkələrin gənc liderlərinin özlərinin müəllimi sayılır.

Ulu Öndər Heydər Əliyev mənalı həyata dəyərli fəaliyyəti kimi hamı üçün bariz nümunədir. Onun yarşadığı ömür müasir tariximizin şanl nümunəsidir. Xalqa, Vətənə həsr olunan ömürdən qərinələr, illər, əsirlər desək, tarixçilər Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illəri Azərbaycanın inkişafının dinc yolu ilə tarixə yazılmış dövrü kimi qiymətləndirirlər.

Zaman ötdükcə böyük fəaliyyətlərin tarixdəki xidmətləri daha aydın görünür. Mən tələbə olarkən Ulu Öndər Heydər Əliyev S.M.Kirov adına ADU-ya tez-tez gələrdi, tələbələrlə görüşlər keçirərdi. Onu da deməliyəm ki, 1971-ci ildə 13-cu qurultay keçriləndə Oktyabr rayonu üzrə tələbələr sırasından "İlk tələbə deputat" seçildim. O zamankı illərdə həm oxumaq, həm də dövləti işlərdə çalışmaq çox çətin idi. Buna baxmayaraq, respublika rəhbəri Ulu Öndər Heydər Əliyevin tapşırıq və göstərişlərini əməli surətdə qanunamüvafiq icra etməe mənim üçün fəxr saylırdı, məhz bu günümə işıqlı yol açırdı.

Ulu Öndər Heydər Əliyev şöhrətlidir, çünki onun adı Azərbaycanın rəhbərlərindən çox-çox uzaqlara yayılmışdır. Onun fəaliyyəti sözün, zəkanın, müdrikliyin qüdrətidir. O layiq olduğu dünya şöhrətini bir sıra fenomen qabiliyyəti, uzuaqgörənliyi zamanı hadisələrin məntiqi axarını qabaqlayan ideyaları, mütərəqqi dünyagörüşlü, müxtəlif mədəniyyətlərə daxilən açıq olması, tolerant yanaşması, sülhsevər siyasəti sayəsində qazanmışdır.

Ulu Öndər Heydər Əliyevin vəfatından sonra Onun siyasətin layiqincə davam etdirən varisi Cənab İlham Əliyevdir. Cənab İlham Əliyev 11 aprel 2018-ci ildə xalqın istəyi ilə Prezident seçildi. Mən Səbail rayonunda səs verib çıxarkən, xalqın necə təm-təraqla səs verməyə gəldiyini gördükdə elə bil böyük şənliyin olduğu gözlərim önündə canlandı. Evə gəlib Cənab İlham Heydər oğlu Əliyevə "Təbrik edirəm!" adlı şeir yazdım.

Azərbaycanın Prezidentinə ölkəni idarə etməsində uğurlar arzulayıram.

Ulu Öndər Heydər Əliyevin 95 illik yubileyin mübarək, ruhu şad olsun, Allah sevgilərilə Cənab İlham Əliyevin dayağında olsun!

95 il. Ulu Öndər Heydər Əliyev

Ulu Öndər Heydər Əlirza oğlu.
Şanlı-şöhrətlidir bu həyat yolu,
Xalqına bəxş etdi qalan ömrünü
Müdrik bir Öndər ki, əlçatmaz Ulu.

Ucalıqda bir möhtəşəm Şah dağı.
Yüksəkdədir Azərbaycan bayrağı,
Dühasıyla O, Vətəni ucaltdı
Onu da ucaltdı Vətən torpağı.

Allah bir xilaskar bəxş etdi bizə
Biz də nail olduq istəyimizə,
Firavan günlərin şahidi olduq.
Dünya da şərikdir sevincimizə.

OFELİYA MÜRSƏLOVA,
ADPU-nun pedaqoqika kafedrasının
baş müəllimi

Bütün xəbərlər Facebook səhifəmizdə