Səs ver, uca millətim, haqqın təntənəsinə,
Səsini qat sən onun uca, məğrur səsinə.
Dünya ayağa qalxsın, qoy onun gur səsinə.
“Azərbaycan”,-deyəndə, “Qarabağ”,- söyləyəndə!
İnamla irəliyə! İlhamla irəliyə!

Səs ver bacım- qardaşım, səs ver nurlu sabaha
Lələtəpə zəfərli bir qürurlu sabaha
Şuşalı İrəvanlı, Zəngəzurlu sabaha
Gedək yeni zamanla, dövranla irəliyə
İlhamla irəliyə, İlhamla İrəliyə!

Səs ver, əsgər atası, Ali baş komandana,
Oğlun əmanət ona, Vətən əmanət ona.
O millətə inanır, inanır millət ona.
Edək düşmən üstünə, son həmlə, irəliyə!
İlhamla irəliyə, İlhamla irəliyə!

Səs ver, ərən millətim, döyüşdə ər oğluna!
Ulu öndər övladı, Ulu öndər ogluna.
İşıqlı sabahını tapşır Heydər oğluna.
Günəş tək şəfəq yayar, ay kimi nur çiləyər
İlhamla irəliyə, İlhamla irəliyə!

Seç, bu doğru seçimdən qoy vətən də sevinsin!
Seç, balan da sevinsin, seç, nəvən də sevinsin!
Göydə Allah bəyənsin, yerdə bəndə sevinsin!
Get bu ülvi niyyətlə,İnamla irəliyə
İlhamla irəliyə! İlhamla irəliyə!

Ver qüdrətli əllərə bu dövləti, bu taxtı
Sənə, şanlı millətim, Tanrı verub bu haqqı.
Torpaq haqqı, Od haqqı, Səma haqqı, Su haqqı
Bu ən doğru seçimdir, addımla irəliyə!
İlhamla irəliyə, İlhamla irəliyə!

Bütün xəbərlər Facebook səhifəmizdə