Unudar göydə də haqq fələyini,
Qazanca yönəldər küy-kələyini,
Xaricdə müs-müftə boss çörəyini,
Yeyib-içər, şıllaq atar, dönüklər.

Qabardar üzünün qart qırışını,
Avroya bağlayar anqırışını,
Bacarsa, vətənin hər qarışını,
Bossa, erməniyə satar, dönüklər.

Yurda banlayandan olmaz dəyanət,
Etməz beləsinə millət inayət,
Etməkçün dövlətə, xalqa xəyanət,
Bossuyla marıqda yatar, dönüklər.

Dollara, avroya çevirməzlər dal,
Söyüşlər üstündə fırlanmaqda val,
Orduxan, Məhəmməd, Vidadi, Tural -
Qərbdə öz yerini tutar, dönüklər.

Batsa bircə senti, qopar fırtına,
Onları bir viski salar çortuna,
El sözü alınar qulaqardına,
Bossun təhqirini udar, dönüklər.

Ölçüdə, qiymətdə itibdi dəyər,
Miskinlik satqının qəddini əyər,
Haram çörək kəsər, haram mal yeyər,
Olar xalq gözündə puç-xar, dönüklər.

Valeh

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...