Əfşarlar dövrünə aid kitabın surəti əldə edilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu direktorunun elmi işlər üzrə müavini, filologiya elmləri doktoru Paşa Kərimov Əbdürrəhim Şirvaninin Tehranın Məclis kitabxanasında saxlanılan, Əfşarlar dövrünə aid türk dilinin leksika və qrammatikası barədə “Kitabi-məzhər əttürki” əsərinin surətini əldə edib.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, müqəddimə, dörd fəsil və nəticədən ibarət kitabda Azərbaycan, Osmanlı, özbək dillərinin xüsusiyyətləri araşdırlır, farsdilli əhaliyə bu dillər barədə məlumat verilir. Müəllif ayrı-ayrı sözlərin mənasını, leksik, morfoloji xüsusiyyətlərini izah edərkən Nəvai, Füzuli və başqa şairlərin əsərlərindən nümunə kimi istifadə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə