Yeni Azərbaycan Partiyasının 25 illik yubileyi münasibəti ilə YAP-ın sədri, Prezident İlham Əliyevə ithaf edirəm

Heydər yadigarı, Heydər oğlusan,
Ədalət yolusan, zəfər yolusan,
Babəksən, Nəbisən, Qoç Koroğlusan,
Çəkilməz üstündən Haqqın nəzəri,
İlhamla irəli!

Sözlərim eşqinlə gəlmişdir cana,
Hakimik sürətlə axan zamana,
Günəşsən Vətənim Azərbaycana,
Ram etdin kükrəyən, azğın selləri,
İlhamla irəli!

Xəyalım Göylərdən enərək Yerə
Baş qoydu ayağın toxunan yerə.
Tapındıq sevginlə nurlu səhərə,
Sənsən şeiriyyətin ən şah əsəri,
İlhamla irəli!

Düşmən qatır təki dırnaq salacaq,
Az qalıb, Qarabağ azad olacaq,
Sevinc şərbətilə qəlblər dolacaq,
Kəsilir düşmənin böhtan dilləri,
İlhamla irəli!

Tarix yolumuza tikanlar sərdi,
Bədən parça-parça, ruhumsa birdir,
Hər Vətən övladın igiddir, ərdir,
Talanmaz yurdumun varı, bəhəri,
İlhamla irəli!

Şair, möhkəm yapış öz qələmindən,
Sənət qələmindən, söz qələmindən,
İlhamla əskilməz köz qələmindən
Abad görə-görə kəndi, şəhəri,
İlhamla irəli,
İlhamla irəli,
İlhamla irəli!!!

Elmar VÜQARLI,
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
prezident təqaüdçüsü

Bütün xəbərlər Facebook səhifəmizdə