NƏRİMAN OCAQLI

DÖNƏYDİM
(Tanınmış yazıçı, şair, publisist Qənbər Şəmşiroğlunun anadan olmasının 84 illiyinə həsr olunur)

Kaş məndə çataydım o yaş həddinə,
Bir qeyrət gələydi dizim qəddinə.
Yolum uzanaydı dogma kəndimə,
Ömür yollarımı vərəqləyəydim.

Bir baxın könlümdən keçir gör nələr,
Tay-tuşum olaydı şirin nəvələr.
Yanımdan keçəndə türfə gözəllər,
Keçmiş günlərimi hədələyəydim.

Geriyə dönəydi uşaqlıq çağım,
Uşaqlarla çilik ağac oynayım.
Düşünəydim ayağımı yormayım,
Mən də çubuq atı çapıb gedəydim.

Dağ yamacı, çökək bulaq, daş bulaq,
Daim gördüm gözlərini yaş bulaq.
Əl uzadıb lilparına kaş bulaq,
Diz qatlayıb qurtum-qurtum içərdim.

Üz tutaydım təpələrə, dağlara,
Qayıdaydım itirdiyim çağlara.
İlxıdan bir yəhərsiz at seçəydim,
Zirvələrdən bulud kimi keçəydim!

Quzuları çıxaraydım örüşə,
Üz tutaydım qayalarla görüşə.
Başlayaydım sapand ilə döyüşə,
Duman gələ yamaclarda itəydim.

Vətən torpağına bir də görəydim,
Yollarında çinar kimi bitəydim.
Sönəndə də günəş kimi sönəydim,
El yolunda ziyarətə dönəydim!
El yolunda ziyarətə dönəydim!
16.11.201

Bütün xəbərlər Facebook səhifəmizdə