Bayrağımız qalxar göyə,

Zirvələrdən zirvələrə.

Bayraq bizim kimliyimiz,

Şərəfimiz, mənliyimiz .

O bayrağın kölgəsində,

Yaşayarıq biz hər zaman.

Nümunədir bayraq elə.

Tarix boyu ildən ilə.

İgidlərin sənin üçün,

Məhv eyləyər düşmənləri.

Döyüş vaxtı şəhid olsa,

Kəfən tək geyinər səni..

Sənsən bizim şərəfimiz,

Dörd yandan gələn səsimiz.

Sənsən iğidlik rəmzimiz,

Babalardan varisimiz.

TuRal Coşqun

Bütün xəbərlər Facebook səhifəmizdə