Ələddin ƏZİMLİ, şair

(lirik poema)

Böyük öndərin oğlu,
Ulu Heydərin oğlu
Prezident kürsüsündə
Oturubdur arxayın.
Təlqin edir millətə:
Çətinlikdən qorxmayın!
Ey sadə qəlbli xalqım,
Onun etdiklərinə
Asan iştək baxmayın.
Xalqın sabahı üçün
Heç zaman darıxmayın.
O, həyat gəmisinin
Aqil sükançısıdır.
Dövlət qurucusunun
Dönməz davamçısıdır.
O, bizim mayakımız,
Enməz bayrağımızdır.
Hər bir işdə, çətində
Arxa, dayağımızdır.
Onun getdiyi bu yol
Yüksəlişə aparır.
Hər sözü, hər kəlməsi
Ürəklərə yol tapır.
Gedir sabaha doğru,
Gedir Günəşə doğru!
Gedir küləyə doğru,
Gedir atəşə doğru!
Xalq da onun dalınca
Addımlayır inamla.
Bu hörməti həyatda
Qazanıb damla-damla.
Dünya böhran içində
Çalxanıb, dalğalanır.
Bu çətinliklər önündə
O, kişi tək dayanır.
Dəniz tək, okean tək
Var gücüylə çağlayır.
Gücə-gündüz çalışır,
Zamanı qabaqlayır.
Ancaq bir devizi var:
Getmək, irəli getmək!
Milləti hifz eyləmək,
Onu firavan etmək!
Yatanda, duranda da
Qarabağ fikrindədir.
Bu yolda irəlidə,
O, həmişə öndədir!
Atadan miras qalan
Ada sığınmadı O.
Yeni bir era açdı,
Durub dayanmadı O.
Düzdür, ata yolunu
Doğru getdi, çaşmadı.
Yalançı siyasətə
Heç zaman qarışmadı.
Ağlı, zəkası ilə
Ucalarda durdu O.
Neçə-neçə bəladan
Xalqını qorudu O.
Yoruldum demir heç vaxt,
Xalq sözüdür dilində.
Çünki böyük bir nəsil
Dayanıb təməlində.
Bütün bu əməlləri
Gözlərilə görüb O.
Uşaqlıqda, gənclikdə
Dolğun ömür sürüb O.
Qınamayın siz məni,
Əvəzsizdir işində.
Dayanıb əsgər kimi
Millətin keşiyində.
Ata, ana kəlməsi
Dilinin əzbəridir.
Aldığı tərbiyəsi
Pakdır, alın təridir.
Ailəsi hər zaman
Ondan qüvvət, güc alır.
Onlar da yavaş-yavaş
Yüksəklərə ucalır.
Bu, onun əməlləri,
Bu, onun uğurudur.
Gördüyü hər bir iş
Su tək şəffaf, durudur.

2

Haradandır bu hikmət?
Bu sual çox dərindir.
Bugünkü qələbələr
Bil, Ulu Öndərindir.
Uşaqlar,
Böyüklər də
Əzizləyir Heydəri.
Heykəlləşən bu insan
Heyran qoydu bəşəri.
Əlirza oğlu Heydər
Xalqın coşan qanında.
Çoxlarını mat etdi
Siyasət meydanında.
Bu gün Ondan söz açıb
Danışırıq ürəkdən.
Çünki xəbəri gəlir
İşıqlı gələcəkdən.
Xalqı rahat bir yola
Çıxaran insandır O.
Ürəyindədir hər vaxt
Doğma xalqın, millətin.
Bugünü, sabahıdır
Yenilməz məmləkətin.
Fəxarətlə çəkirik
Hər bir zaman adını.
Üstümüzdə tutub O
Zireh tək qanadını.
Yaşayır ürəklərdə
Dahi bir insan kimi.
Hikmət dolu sözləri
Silkələyir qəlbləri.
Biz səfərə çıxırıq
Ulu Heydər adıyla.
Bütün millət fəxr edir
Əliyev soyadıyla.
Əbədiyyət yolçusu
Heydərimiz var olsun!
Ondan güc alan millət
Hər vaxt bəxtiyar olsun.
Böyük sərkərdələr tək
Uca adlar daşıyır.
Heydər Əlirza oğlu
Bu gün bizlə yaşayır.
Bu həyat yollarında
Addımlayır bizimlə.
Millətinə azadlıq
Xoşbəxtlik deviziylə!
Bu böyük insanların
Bir anından söz açdım.
Mən atadan, oğlundan
Çox ürəklə danışdım.
Dahilərin içində
Ata bir dahi idi.
İnsanların içində
Oğul fövqəlbəşərdi.

3

Bu sərhədin, bu səngərin
Daşından daş olmaz daha.
Kül olar düşmənlə birgə,
Nisgilimiz qalmaz daha.

Səda düşdü çölə, düzə,
Gecə qarışdı gündüzə.
İgidlər verdi səs-səsə,
Qəlbə kədər dolmaz daha.

Qəm çəkilər elimizdən,
Sevinc yağar dilimizdən.
Nur çilənər üzümüzdən,
Analar ağlamaz daha.

4

Bu dağın, daşın ağrısı
Çəkiləcək duman kimi.
Şirin çağlar çox yaxındır,
Ötüb keçən zaman kimi.

Gün doğacaq gecə vaxtı,
Uçacaq düşmənin taxtı.
Açılacaq xalqın baxtı,
Xoş xəbəri alan kimi.

Gözləyirəm mən səhəri,
Sevinc dolu bir xəbəri.
Bürüyər kəndi, şəhəri,
Qələbəmiz bir an kimi.

5

Son döyüşə az qalıb
Qələbə yaxındadır.
Düşmən itirib başın
Qaçmağa yer axtarır,
Yıxılhayıxıldadır.

Heydər oğlu İlhamla
Ey xalqım,
Hər vaxt öyün!
Bu millətçün, bu elçün
Atası kimi O da
Zirvə olacaq bir gün.
Əslində, o böyük gün
Anbaan yaxınlaşır.
Bütün adlar, titullar
Atası Heydər kimi
İlhama da yaraşır!
Təkcə prezident deyil,
Həm də Baş Komandandır.
Yaşca cavan olsa da,
Həm xalqın ağsaqqalı,
Həm də sadə insandır.
İlham xalqın ürəyi,
İlham xalqın səsidir.
Böyük bir məmləkətin,
Şərəfli bir atanın
Layiqli VARİSİDİR!

Bütün xəbərlər Facebook səhifəmizdə