Cüneyt Çakır Portuqaliya - İsveç oyununu idarə edəcək

Türkiyəli hakim Cüneyt Çakır DÇ-2018-in seçmə mərhələsinin oyununa təyinat alıb. SİA-nın məlumatına görə, o, B qrupunun Portuqaliya - İsveç oyununu idarə edəcək. C.Çakıra Bahattin Duran və Tarık Ongun köməklik edəcək. Dördüncü hakim funksiyasını Hüseyn Göçek yerinə yetirəcək.

Qeyd edək ki, Portuqaliya - İsveç oyunu oktyabrın 10-u keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə