Aygün Nəsirağa qızı Məmmədova Lənkəran şəhərində tanınmış həkim ailəsində anadan olub. Atası Nəsirağa Rzayev uzun illər Lənkəran rayonunun baş cərrahı olub. Anası Sevil Ələkbərova 20 il Regional Onkoloji Dispanserin baş həkimi və 10 il Lənkəran Şəhər Mərkəzi Xəstəxanasının Genikoloji Şöbəsinin müdiri vəzifələrində işləyib. 3 dəfə Lənkəran şəhərinin deputatı seçilib. Nəsirağa həkim və Sevil həkim Lənkəran rayonunun bütün ictimai işlərində çox yaxından iştirak ediblər. Bu gün də lənkəranlılar və Cənub bölgəsinin insanları onları xoş təəsüratla xatırlayırlar.

Onlardan söz düşəndə ağız dolusu danışır, böyük istəklə onları xatırlayırlar. Sevil həkim artıq haqq dünyasını qovuşub. Nəsirağa həkim sağdır və bu gün də bir həkim kimi yeri düşdükcə xəstələrə öz tövsiyələrini, məsləhətlərini verir.

Aygün xanım orta məktəbi qızıl medalla bitirib və elə həmin il, 1978 ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakultəsinə daxil olub. 1984 cü ildən institutu bitirib, bir il Respublika Klinik Xəstəxanasında nevrologiya üzrə ixtisaslaşma kursu keçib. O, 33 ildir ki, nevropatoloq həkim kimi fəaliyyət göstərir. Bir həkim kimi daim öz üzərimdə çalışır və yeni müalicə üsullarını yüksək səviyyədə mənimsəyir. Ardıcıl təkminləşmə kurslarında olur. Müxtəlif konfranslarda iştirak edir. Son 20 ildə Aygün həkim xəstələri bioloji üsullardan istifadə etməklə müalicə edir. Onun aldığı nəticələr çox qənaətbəxşdir və xəstəliyin uzun müddətli remisiyasına səbəb olur.

Aygün həkim deyir ki, “biz, bioloji üsullarla müalicədə xəstəyə zərər verməmək prinsipi ilə işləyirik. İşlətdiyimiz preparatlar təbiidir və bitki mineral mənşəlidir. Miqren tutmaları, baş gicəllənmələr, beyin qan dövranı pozğunluğunun müxtəlif ağrı sindromu - nervalgiyalar, onurğanın degenerativ xəstəlikləri, ostioxondroz, yırtıqlar, bioloji üsullarla, drenaj, homeseniatriya, biopunktura, osteopatiya və sairə xəstəliklər bu üsullarla aradan tam qaldırıla bilir”. Aygün həkim bioloji üsullara yaxşı yiyələnməkdən ötrü mütəlif elmi konfranslarda, konqrenslərdə iştirak edir. Belə ki, o, 2010-2015-ci illərdə Baden-Badende keçirilən homotoksikoloqların beynəlxalq klinik konfransının iştirakçısı olub. Azərbaycan nevroloqlarının III-V-VI konfransında, Türkdilli xalqların Beynəlmiləl nevroloji konqresində iştirak edib. O, refleksoterapiya, iynəbatırma, osteopatiya kurslarını keçib. Onun qəzet və jurnallarda müxtəlif nevroloji xəstəlikləlrin bioloji üsullarla müalicələri haqda məqalələri çıxıb və Televiziya kanallarında bu mövzularda maraqlı çıxışlar edir. Aygün Məmmədova 3 dəfə “ilin həkimi” olub. Sonuncu dəfə bu fəxri ad ona 2017 ci il avqust ayında verilib. 2011 ci ildə şəfalı əllər nominasiyasında "Ustad sənətkar", "Şərəfli ömür yolu" kimi mükafatları alıb. Aygün həkim işlədiyi sahədə qazandığı uğura görə, 2014 cü ildə Səhiyyə işçiləri günü münasibətiylə “Qızıl Fonendoskop" diplomu və Homotoksikologiyanın inkişafında müstəsna xidmətinə görə xüsusi diplomla, 2016 cı ildə isə “Əsrin ziyalısı - ən yaxşı həkim" fəxri diplomu ilə təltif olunub. Aygün Məmmədovanın həkim kimi həyat və fəaliyyəti müxtəlif illərdə “Azərbaycan Səhiyyəsi bu gün”, “Hipokrat andı”, “Azərbaycan ziyalıları” ensiklopedik kitablarında yüksək səviyyədə işıqlandırılıb.
Aygün Məmmədova lap cavanlıq illərindən bədii yaradıcılıqla da məşğul olur. Bu vaxta kimi çoxlu şeirlər yazıb. Onun Biologi Təbabətlə bağlı bir şeirini oxucuların ixtiyarına veririk. Həkim kimi öz sənətində xəstələrin böyük inamını qazanan Aygün xanım inanırıq ki, ədəbiyyat sahəsində də böyük uğurlar qazanacaq.

Ağalar İDRİSOĞLU,
Əməkdar İncəsənət Xadimi

Aygün Məmmədova, həkim nevroloq

Bioloji Təbabətim

Odlar yurduna gələndən,
Sən bir şəfa ocağımsan.
Sağlamlığın keşiyində,
Ümid dolu qucağımsan,
“Bioloji təbabətim”.

Milyonlarla insanların
Son ümidi, sevincisən.
Bütün dərdlərin əlacı,
Sağlamlıqda birincisən.
“Bioloji təbabətim”.

Hər bir kəsin arzusunda,
Çiçəkləyib, gül açırsan.
Könüllərə fərəh verib,
Sən işıq kimi saçırsan.
“Bioloji təbabətim”.

Həkimlərin istiqanlı,
Ailətək mehribandır.
Gülərüzlü, qayğıkeşdir,
Hər sözləri yalnız “can”dır.
“Bioloji təbabətim”.

İmkansızın, çarəsizin,
Ümid yeri, pənahısan.
Həyatdan əlin üzənin,
Gələcəyi, sabahısan.
“Bioloji təbabətim”.

Sorağın gəzir cahanı,
Ürəklərin çırağısan.
Səni tanıyan kəslərin,
Hər bir zaman qonağısan.
“Bioloji təbabətim”.

Səndə həyat işıqlanır,
Müjdəsisən hər bir kəsin.
Ürəklərədə ümid yanır,
Uzaqlardan gəlir səsin.
“Bioloji təbabətim”.

Sən əvəzsiz təbabətsən,
Ömürlərə yaraşıqsan.
Xəstəliyə sinə gərən,
Əvəzsiz bir gur işıqsan.
“Bioloji təbabətim”.

Xəstələrin qibləgahı,
Sağlamlığın ocağısan.
Səndən ömür alır hamı.
Sən təbabətin bağısan.
“Bioloji təbabətim”.
“Bioloji təbabətim”!

Bakı şəhəri -2017-ci il

loading...