Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, nasir, şair Baba Vəziroğlu ilə “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” ictimai birliyinin rəhbəri, AYB-nin üzvü şair-publisist Lamiyə İsazadənin birgə şeir dueti dinləyicilərin ixtiyarına verilib. Gənc şairə L.İsazadə bildirib ki, onun dəyərli şairimizlə bu yeni layihəsi gənc yazarlara göstərilən böyük etimaddan və qayğıdan xəbər verir: "Baba Vəziroğlu kimi dəyərli sənətkarla birgə şeir dueti, mənim üçün həm məsuliyyətli, həm də çox dəyərli layihədir. Bu layihə, gənc yazar olaraq mənim məsuliyyətimi daha da artırır"-deyə L.İsazadə bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə