Tural Coşqun

Elimə, obama yaz, bahar gəlir,

Torpağın bağrını çiçəklər dəlir.

Ağaclar durmadan hey yaşıllaşır,

Təbiət oyanıb, tez cavanlaşır

Al əlvan geyinir meşə, dağ dərə,

Bahar qonaq gəlir bizim ellərə.

Günəşin şüası əridib qarı,

Qoşulur çaylarda coşan sellərə.

Gül açır çöl çəmən, boyanır min rəng,

Sinəmdə çırpınır, sevinir ürək.

Quşlar qanad çalır, sanki oynayır,

Baxdıqca şairin qanı qaynayır.

Torpaq yetişdirsə bolluca bəhər,

Yorulmaz zəhmətlə işləyən əllər.

Gün o gün olsun ki gəlsin şad xəbər,

Bu gözəl baharda biz çalaq zəfər...

Bütün xəbərlər Facebook səhifəmizdə