Ağalar İdrisoğlu - 67

(Portret cizgiləri)

Tanınmış yazıçı, rejissor, jurnalist, Prezident mükafatçısı, Əməkdar İncəsənət Xadimi Ağalar İdrisoğlunun 67 yaşı tamam olur. Ömrünün müdrik çağına qədəm qoyan Ağalar İdrisoğlu həyatdakı uğurlara özünün böyük zəhməti, yuxusuz gecələrinin hesabına nail olub.

Onun həyat tarixçəsinin qısa məzmunu ilə tanış olduqda bunun tam şahidi oluruq. Ağalar İdrisoğlu (Mehdiyev) 1950-ci ilin mart ayının 16-da Masallı rayonunun Digah kəndində anadan olub. Digah kənd 8 illik məktəbi və Masallı şəhər 2 nömrəli tam orta məktəbi bitirib. İlk əmək fəaliyyətinə Masallıdakı Maşın Traktor Stansiyasında dispetçer kimi başlayıb. Sonra iki il ordu sıralarında xidmət edib. Hələ orta məktəbdə oxuduğu illərdə Adil Səfərovun və Şakir Həsənovun Masallı Mədəniyyət Evində yaratdıqları Miniatür Tetrında həvəskar aktyor kimi çalışması onu 1971-ci ildə Mirzə Ağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Mədəniyyət və İncəsənət Universiteti) dram və kino aktyorluğu fakültəsinə gətirib və 1975-ci ildə həmin fakültəni dram və kino aktyoru kimi bitirib. 1981-ci ildə isə Moskvada Anatoli Vasileviç Lunaçarski adına Dюvlət Teatr Sənəti İnstitutunun (indiki Beynəlxalq Teatr Akademiyası) rejissorluq fakültəsinə daxil olub və 1986-cı ildə musiqili teatrlar rejissorluğu fakültəsini (qiyabi) bitirib.

16 yaşından bədii yaradıcılıqla məşğul olan və elə həmin ildən kiçik hekayələri, məqalələri, oçerkləri "Azərbaycan pioneri" və Masallıda çap olunan "Çağırış" qəzetində dərc olunan Ağalar İdrisoğlu 42 ildir ki, peşəkar teatr sənətində çalışır. 40-dan artıq tamaşalarda biri-birindən maraqlı rollar oynayıb. 121 bir-birindən maraqlı tamaşalara orijinal üslubda, yüksək peşəkarlıqla quruluş verib.

O, 25 il Sumqayıt Gənclər Xalq Teatrının, Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrının, Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili-Dram Teatrının, Azərbaycan-Dağıstan Beynəlmiləl Teatr Truppasının baş rejissoru, bədii rəhbəri və direktoru vəzifələrində işləyib. Azərbaycan Teatr Xadimləri İttifaqının katibi, idarə heyyətinin üzvü və Sumqayıt bölgə şöbəsinin sədri olub. Harada işləməsindən asılı olmayaraq, həmişə çalışıb ki, öz işini yüksək peşəkarlıqla yerinə yetirsin. Məhz buna görə də onun rəhbərlik etdiyi teatrlar Ağalar İdrisoğlunun sayəsində həmişə respublikanın aparıcı teatrları olub.

Ömrünün 50 ilini bədii yaradıcılığa həsr edən Ağalar İdrisoğlu nasir, dramaturq, publisist, jurnalist kimi "Ramiz İslamoğlu sorağında və ya əkmə qəm ağacı", "Sərhədsiz dünyamız", "Ömrün akkordları", "Şahidin şahidləri və şəhidləri", "Qaranlığı yaran işıq", "Bir alim ömrünün səlnaməsi" romanlarının, "Vicdan mühakiməsi", "Ulu Tanrı və ağ gəmi əhvalatı", "Bura Vətəndir", "Kəfənini geymiş qoca", "Ömür yolları", "Teatr sənətinin aşiqi" povestlərinin, "Həyatın astanasında", "Qonaq", "İnan mənə", "Məhkəmədən əvvəl məhkəmə", "Şah İsmayıl", "İmam Şamil", "Çarəsiz oyun", "Öz qanunları olan şəhər", "Hörmüçək toru", "Xocalı" və başqa pyeslərin, 50-dən artıq hekayələrin, esselərin, elegiyaların, 800-dən çox məqalələrin, pulisist yazıların, oçerklərin, ressenziyaların müəllifidir.

Ağalar İdrisoğlunun "İnan mənə", "Ən xoşbəxt gün", "Məhkəmədən əvvəl məhkəmə və ya kəfənini geymiş qoca", "Ramiz İslamoğlu sorağında və ya əkmə qəm ağacı", "Dünya azərbayjanlıları" (müştərək), "Qaranlığı yaran işıq" (Maarif Teymurla birlikdə), "Bir alim ömrünün səlnaməsi", "Vicdan mühakiməsi", "Dözə bilmədi" (Sadıq Murtuzayevlə birlikdə), "General Xudu Borçalı" ( Veys Xudiyevlə birlikdə) kitabları çapdan çıxıb. 10-dan çox topluda hekayləri, pyesləri, tərcümə etdiyi əsərlər çap olunub. Dünya xalqlarının biri-birindən maraqlı 10 pyesini dilimizə tərcümə edib.

Onun yazdığı və tərcümə elədiyi pyeslər Ağdam, Mingəçevir, Füzuli Dövlət Dram Teatrlarında, Sumqayıt Dövlət Musiqili-Dram Teatrında, Dövlət Gənclər Teatrında və keçmiş Sovetlər Birliyinin bir neçə Teatr-Studiyalarında uğurla tamaşaya qoyulub.

"İnan mənə" pyesi 1985-ci ildə 48 pyesin içərisində Ümumittifaq gənc dramaturqlar müsabiqəsinin qalibi olaraq, 3-cü yeri tutub. 1986-cı ildə "Məhəbbət və başqaları" adlı Sovet dramaturgiyası antalogiyasının seçilmiş əsərləri kitabında çap olunub. "Şah İsmayıl" pyesi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin 2010-cu ildə keçirdiyi müsabiqədə 34 pyesin içərisində ikinci dərəcəli mükafata layiq görülüb (Birinci yer heç bir pyesə verilməyib).

Quruluş verdiyi tamaşalardan Akif Həsənoğlunun "Yanmış evin nağılı" Osman Mirzəyev adına mükafata və юzünün yazdığı "Şah İsmayıl" əsəri isə "Qızıl Dərviş" mükafatına layiq görülüb. Quruluş verdiyi tamaşalardan bir neçəsi Mədəniyyət Nazirliyinin pul mükafatlarına, diplomlarına layiq gюrülüb. Onun quruluşunda Feyruz Məmmədovun "Bir bayraq altında" teatrlaşdırılmış tamaşası 1980-ci ildə SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin səhnəsində göstərilib. Və bu tamaşa 15 respublika teatrları içərisində ən yaxşı tamaşa kimi "Qızıl" medala layiq görülüb. Quruluşçu rejissor kimi Ağalar İdrisoğluna da "Qızıl" medal verilib. 2005-ci ildə "Avropa Nəşr və Mətbu Evi"nin keçidiyi ilin ən yaxşı vətənpərvər rejissoru müsabiqəsində Ağalar İdrisoğlu quruluş verdiyi tamaşalara görə, "Qızıl" medala layiq görülüb.

O, 50 illik yaradıcılığı dövründə həmişə çalışıb ki, birinci olsun və gedilməyən yollarla getsin. Belə ki, Ağalar İdrisoğlu doğulduğu Masallı rayonunun, yaşadığı Sumqayıt şəhərinin ilk peşəkar dramaturqu və Moskvada, Dövlət Teatr Sənəti İnstitutunda təhsil alan ilk peşəkar teatr rejissoru, teatr təşkilatçısı və ilk Əməkdar İnjəsənət Xadimidir.

Gənc dramaturq kimi ilk dəfə Azərbaycan respublikasını Riqada, Minskdə, Ukraynada, Maldovada və başqa şəhərlərdə keçirilən yaradıcılıq seminarlarında məhz o, təmsil edib.

Ağdam və Sumqayıt Dövlət Teatrlarının tarixində ilk dəfə məhz Ağalar İdrisoğlu bədii rəhbər - direktor işləyib.

Hüseyn Ərəblinski adına Sumqayıt Dюvlət Dram Teatrı məhz onun ideyası, təşəbbüsü və təşkilatçılığı ilə Musiqili-Dram Teatrı olub. Teatra əlavə 80 ştat verilib.

O, Azərbaycanda uzun müddət bədii rəhbər-direktor işləyən teatr mütəxəssislərindən biridir.

40 il bundan əvvəl, mart ayının 16-da Sumqayıt şəhərinin tarixində ilk dəfə olaraq " Ümid" Teatr-Studiyası yaradıb. 10 il bundan qabaq Şabran rayon Mədəniyyət və Turizm Şöbəsinin nəzdində "Şabran" Teatr-Studiyası da məhz onun ideyası, təşəbbüsü və təşkilatçılığı ilə yaradılıb. "Ümid" Teatr-Studiyasına və Sumqayıt Gənclərinin Xalq teatrına 10 il özü rəhbərlik edib. "Şabran" Teatr-Studiyasında ilk tamaşa olan, özünün yazdığı "Vətən ağrıları, Vətən dərdləri" pyesinə də Ağalar İdrisoğlu özü quruluş verib.

Azərbaycan teatrları içərisində məhz ilk dəfə onun rəhbərlik etdiyi teatr (H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili-Dram Teatrı) Qazaxıstan respublikasının Cambul, Çimkənd vilayətlərində, Gürcüstan respublikasının Qabal, Telavi rayonlarında, Vladiqafqazda və bütюvlükdə Dağıstan Respublikasında çox böyük uğurla qastrol səfərlərində olub. Azərbaycan teatrını yüksək peşəkarlıqla təmsil ediblər.

Azərbaycan peşəkar teatr səhnəsinə dünyanın tanınmış dramaturqlarından Nobel mükafatları laureatları Alber Kamyunun, Slavomir Mrocekin, dramaturqlar Aleksandr Vasilyeviç Suxovo-Kobılinin, Georgi Caqarovun, Vasili Şukşinin, Eduard Babrovun, Aleksandr İvaşenkonun, Kirill Obalenskinin, Leonid Cuxovitskinin və bir neçə müasir Azərbaycan dramaturqlarının pyeslərinin peşəkar teatra ilk gəlişi də məhz Ağalar İdrisoğlunun adı ilə bağlıdır.

2013-cü ilin may ayında Ağalar İdrisoğluna yazıçı kimi Prezident mükafatı və 2013-cü ilin iyun ayında isə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə Əməkdar İncəsənət Xadimi fəxri adı verilib.

O, bu gün böyük yaradıcılıq həvəsi ilə bədii əsərlərini, publisist yazılarını, məqalələrini, ressenziyalarını yazır və yeni tamaşalara quruluş vermək üçün bir neçə pyes üzərində işləyir. Yeddi yeni kitabını isə çapa hazırlayır.

Ağalar İdrisoğlunu çoxminli oxucuları adından 67 yaşı münasibətilə təbrik edib, ona yeni-yeni yaradıcılıq uğurları arzu edirik. İnanırıq ki, tanınmış yazıçı, rejissor, publisist, jurnalıst yaxın vaxtlarda özünün sensasiyalı yeni bədii əsərləri və quruluş verdiyi tamaşalarla oxucularını və tamaşaçılarını sevindirəcək. Çünki onun çəkdiyi böyük zəhmət artıq özünün uğurlu bəhrəsini verir. Biz bunu onun 50 illik bədii yaradıjılığında, 42 illik peşəkar teatr yaradıcılığında, uzun illərin bюyük bəhrəsi kimi görürük və oynadığı rolların, quruluş verdiyi tamaşaların siyahısını da tarixi bir fakt kimi oxuculara təqdim edirik.

Teatrlarda aktyor kimi oynadığım rolların siyahısı.

Mirzə Ağa Əliyev adına Dюvlət İnjəsənət İnstitutunda diplom tamaşaları

1971- 1975-ci illər

Cəfər Cabbarlı "Almaz" - Camal, Səməd Vurğun "İnsan" - Filosof Şahbaz

Mixail Lermontov "Maskarad" - Knyaz Zvezdiçkin və Nökər

H. Ərəblinski adına Sumqayıt Dюvlət Musiqili-Dram Teatrında

1976-1985-ci illər

İsgəndər Coşqunun (S.Vurğunun eyni adlı poeması əsasında) "Komsomol poeması" - II Çoban, Mehriban Nəzərovun "Dost əli" - Dərviş, Anarın "Adamın adamı" - Fənd Fərəc, Cəfər Cabbarlının "Almaz" - Camal, Gennadi Bokarevin "Poladəridənlər" - Eynəkli oğlan, Mixail Lermontovun "Maskarad" - Knyaz Zvezdiçkinin nökəri, Cəfər Cabbarlının "Vəfalı Səriyyə" - Məhərrəm, Feyruz Məmmədovun "Meşədə döyüş" - Kirpi, İsidor Ştokun "İlahi komediya" - Mələk, Oktay Məmmədovun "Mehrişah" - İran sərkərdəsi, Cəfər Cabbarlının "Almaz" - Camal, Barat ( İkinci quruluşda), Maksim Karimovun "Toy şənbə günü olajaq" - Mənzil sahibi, Hacıbaba Nəzərlinin "Ayıl bax bu dünyaya" ("Sabir") – Setraq, Tofiq Kazımovun "Muradın kələkləri" - Feyruz, Nəriman Həsənzadənin "Bütün Hərq bilsin" - Recissor və Ernest Hemenquey, İvan Karajalenin "İtirilmiş məktub" - İonesku, Jamal Yusifzadənin "Səhər qatarı" - Manaf, Azat Abdullinin "On üçüncü sədr" - Davud Bəyimov, Mövlud Süleymanlının "Özü-özünü oynayan qız" - Təzəbəy, Vladir Kondratyevin "Saşka" - Leytenat Volodka.

A.V.Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutunda kurs tamaşalarında

1981-1986-cı illər

Samuel Marşakın "Pişiyin evi" - Ayı, Üzeyir Hajıbəyovun "Arşın mal alan" - Əsgər, Cəlil Məmmədquluzadənin "Poçt qutusu" ( t.e. Əziz Şərif, səh. A. İdrisoğlu) - Rəis, Mixail Mininin "Lamançalı adam" (Servantesin " Don Kixot"əsəri əsasında) - Sanço Panso, Mixail Bulqakovun "Kabala svyatoş" tamaşasında – Can Batist Molyer, Mixail Zoşenkonun "Cinayət və cəza" ( səh. A. Barmak, A. İdrisoğlu) - Qorbuşkin, Mixail Zoşenkonun "Aktyor" ( səh. A. Barmak və A. İdrisoğlu) – Aktyor, Vera Panovanın "Saputniki" (səh. A. Barmak və A. İdrisoğlu)- kapitan Maxaradze və qızıl əsgər Məmmədov.

Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dюvlət Dram Tetarında

Cəfər Cabbarlının "Oktay Eloğlu" - Aslan bəy, Zəlimxan Yaqubun "Aşıq Ələsgər" - Qoca aşıq, Aleksandr İvaşenkonun "Uşağa bir üç yazın" - Kladezni

Azərbaycan və Dağıstan Beynəlmiləl Teatr truppasında

1997-2000-ci illər

Hər üç tamaşada - Konferansye olub

Ağalar İdrisoğlunun rejissor kimi quruluş verdiyi tamaşaların siyahısı

"Ümid" Teatr- Studiyasında və Sumqayıt Gənclərinin Xalq Teatrında

1977-1986-ci illər

"Azərbaycan" (Səməd Vurğunun eyni adlı şeiri əsasında 15 respublika millətlərinin dilində kompazisiya-tamaşa), "Qadınlar günü, kişilərin bayramı" (Kirill Obalenski, tərcümə edəni Ağalar İdrisoğlu), "Kamança" (Cəlil Məmmədquluzadə), "Usta Haşım" (Qalib Əhmədov), "Törtöküntülərin aqibəti" (Ağalar İdrisoğlu), "Zəncir" (Anar), "Həyatın astanasında" (Ağalar İdrisoğlu), "Anasının gül balası" ( Feyruz Məmmədov), "Sehirli yaylıq" (Kərim Həsənov), "Diribaş adamlar" (Vasili Şukşin, tərcümə edəni Ağalar İdrisoğlu), "Bir bayraq altında" (Feyruz Məmmədov), "Kukla teatrı" (Loğman Rəşidzadə), "Səhra məhkəməsi" (Arif Hacıyev), "Əməyə eşq olsun" (Ağalar İdrisoğlu), "Milyonçu Laptev" (Aleksandr Xmelik, tərjümə edəni Ağalar İdrisoğlu), "Meydan oyunları" (Ağalar İdrisoğlu), "Doğum evinin qarşısında" (Ağalar İdrisoğlu), "Təmas" (Rüstəm İbrahimbəyov), "Sumqayıt səhifələri" (Ağalar İdrisoğlu)

A.V. Lunaçarski adına Dюvlət Teatr Sənəti İnstitutunda ( kurs tamaşaları)

1981-1986-cı illər

"Poçt qutusu" (Cəlil Məmmədquluzadə, tərjümə edəni Əziz Şərif, sənnələşdirəni A. İdrisoğlu), "Aktyor" (Mixail Zoşenko), "Arşın mal alan" (Üzeyir Hacıbəyov), "Ayı ", "Elçilik" (Anton Pavloviç Çexov), "Mikraskop" (Vasili Şukşinin,hekayələri əsasında səhnələşdirəni A. İdrisoğlu), "Sapuntiki" ( Vera Panova, səhnələşdirənlər A. Barmak və A. İdrisoğlu)

Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dюvlət Dram Teatrında

1985-1988-ci illər

"İlk qurban" ( Məhərrəm Əlizadə), "Toya bir gün qalmış" (Loğman Rəşidzadə), "Vicdanla üz-üzə" (Eduard Bobrov, tərjümə edəni Zakir Abbas), "Qismət" ( Alber Kamyu, tərcümə edəni Vaqif Əlixanlı), "Şərəfin sandığı" (Mirzəağa Atəş), "Aşıq Ələsgər" (Zəlimxan Yaqub), "Prokuror" (Georgi Caqarov, tərcümə edəni Tofiq Məmmədov), "Qaqutsa, Babutsa, Danel, Dardanell" (Georgi Xuqayev, tərcümə edinə Ağalar İdrisoğlu), "Uşağa bir üç yazın!" (Aleksandr İvaşenko, tərcümə edəni Fikrət Sultanov), "Oktay Eloğlu" (Cəfər Cabbarlı), "Yeni il nağılı" (Ağalar İdrisoğlu), "Analar və oğullar" (Əli Səmədli), "Şahzadə və bacatəmizləyən" (Leonid Cuxavitski, tərcümə edəni Camal Yusifzadə), "Novruz gəldi, yaz gəldi" (Ağalar İdrisoğlu), "Məhəbbətin işığında" (Roza Qarabağlı), "Oyunbazlar" (Əbdürrəhim bəy Haqverdiyev, Cəlil Məmmədquluzadə, Mixail Zoşenko, Vasili Şukşin, tərcümə edəni və səhnələşdirəni Elmira Mehdiyeva)

Hüseyn Ərəblinski adına Sumqayıt Dюvlət Musiqili-Dram Teatrında

1981-1997-ci illər

"Ağa Kərim xan Ərdəbilli" ( Nəcəf bəy Vəzirovun əsəri əsasında, Valeh Kərimovla birlikdə quruluş verib), "Dəyişmə" (Rafiq Səməndər), "Səhər qatarı" (Camal Yusifzadə), "Uşağa bir üç yazın!" (Aleksandr İvaşenko, t. e. Fikrət Sultanov), "Məlikməmmədin yeni sərgüzəştləri" ( Ağalar Mirzə), "Qocaların məhəbbəti" (Georgi Xuqayev, t. e. Ağalar İdrisoğlu), "Arşın mal alan" (Üzeyir Hajıbəyov), "Varlı ev" (Georgi Xuqayev, t. e. Ağalar İdrisoğlu), "Yanmış evin nağılı" (Akif Həsənoğlu), "Dünyaxanım ev axtarır" (Akif Həsənoğlunun pyesinə, Valeh Kərimovla birlikdə quruluş verib), "Şah İsmayıl" (Ağalar İdrisoğlu), "Yeni ilin sevincləri" ( Ağalar İdrisoğlu), "Sabir Rüstəmxanlının portret cizgiləri" (Ağalar İdrisoğlu), "Ağa Məhəmməd şah Qacar" (Əbdürrəhim bəy Haqverdiyev və Can Keverin əsərləri əsasında, Şahmar Qəribli ilə birlikdə quruluş verib.)

Azərbaycan-Dağıstan Beynəlmiləl Estrada Teatr truppasında

1997-2000-ci illər

"Dostluq töhfələri" (Ağalar İdrisoğlu Səhnəciklər və mahnılar əsasında)

"Novruz gəldi yaz gəldi" ( Ağalar İdrisoğlu), "Qardaşdır ellərimiz" (Azərbaycan və Dağıstan xalqlarının mahnıları, rəqsləri, şeirləri və səhnəciklər əsasında teatrlaşdırılmış konsert-tamaşa)

Azərbaycan Dövlət Gənclər Teatrında

2001-2008-ci illər

"İnan mənə" (Ağalar İdrisoğlu), "Haray" (Zeydulla Ağayev), "Anaların fəryadı" ( monotamaşa Vaqif Əlixanlı), "Məhv olmuş gündəliklər" (İlyas Əfəndiyev), "Tarelkinin ölümü" (Aleksandr Suxovo-Kobılin, tərcümə edəni İnqilab Kərimov), "Məhəbbət yaşayır hələ" (Hidayət)

Azərbaycan Dюvlət Gənc Tamaşaçılar Teatrı

2010-2016-cü illər

"Əcəl atı" (Vaqif Əlixanlı), "Pələn ili" (Firuz Mustafa), "Dörd əkizin nağılı" (Panço Pançev, t. e. Vidadi Əliuev), "Aycan" (Xanımana Əliyəyli)

Azərbaycan Dövlət Qusar Ləngi Dram Teatrında

2012-ci il

"Xırs quldurbasan" (Mirzə Fətəli Axundzadə)

Şabran rayonun Mədəniyyət və Turizm Şöbəsinin nəzdindəki

"Şabran" Teatr-Studiyasında, 2007-2015-ci illər

"Adın şərəflidir sənin ey qadın" (Ağalar İdrisoğlu - tamaşa-konsert), "Novruz gəldi yaz gəldi" (Ağalar İdrisoğlu), "Vətən ağrıları, Vətən dərdləri" (Ağalar İdrisoğlu), "Sülh günəşli ellər atası" (Ağalar İdrisoğlu), "İstiqlal marşı" (Ağalar İdrisoğlu, Mehparə Cəfərova), "Xocalı harayı" (Ağalar İdrisoğlu, Cabir Əmrahov), "Novruz töhvələri" ( Ağalar İdrisoğlu ), "Qarabağ haray" (Ağalar İdrisoğlu)

Ağalar İdrisoğlu uzun illər Sumqayıt, Ağdam şəhərlərində, Şabran və Masallı rayonlarında keçirilən əmək, injəsənət teatrlaşdırılmış bayramların, Natəvan qızlar teatrlaşdırılmış bayramların, yeni il və Novruz teatrrlaşdırılmış şənliklərin ssenari müəllifi və quruluşçu rejissoru olub. Bunlar hamısı birlikdə 50 teatrlaşdırılmış tamaşa-konsertdir.

Beləliklə, o, peşəkar aktyor və rejissor kimi 42 illik yaradıjılıq fəaliyyətimdə, 40 rol oynaıb və 121-dən çox tamaşaya və tamaşa- konsertə quruluş verib.

Çap olunan kitabları

"İnan mənə" ( pyes ayrıca, rus dilində), "Ən xoşbəxt gün" ( pyes ayrıca, rus dilində), "Məhkəmədən əvvəl məhkəmə və ya Kəfənini geymiş qoca", "Ramiz İslamoğlu sorağında və ya Əkmə qəm ağacı", "Qaranlığı yaran işıq" (Maarif Teymurla birlikdə), "Dünya azərbaycanlıları" (Azərbaycan və rus dillərində, müştərək), "Bir alim ömrünün səlnaməsi", "Vicdan mühakiməsi", "Dözə bilmədi" (Sadıq Murtuzayevlə birlikdə). 15 kitabda, toplularda hekayələri, esseləri, pyesləri və tərcümə etdiyi pyeslər çap olunub. 7 kitabı isə çap olunmaq üçün hazırdır.

Uzun illər Azərbaycanın ayrı–ayrı teatrlarına rəhbərlik etdiyi və bədii yaradıcılıqla məşğul olduğu vaxtlarda, siyasi arenada liderlərdən biri kimi görünməsə də, siyasəti hoqqabazlığa, şantaja çevirənləri, rüşvəti, inhisarçılığı, nadanlığı, təmiz insanların haqqının tapdalanmasını özünün bədii və publisist əsərlərində, quruluş verdiyi tamaşalarda ifşa edib, onları kəskin tənqid atəşinə tutub. Və hər bir əsərində zamanın nəbzini tutduğuna, insanların ürəyindən olan, amma deyə bilmədiyi neqativ halları bədii formada dediyinə, yazdığına gюrə, həmişə sevilir və rəğbətlə qarşılanır Ağalar İdrisoğlu.

O, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

FƏRİDƏ RƏHİMLİ,

Publsist-jurnalist

Bütün xəbərlər Facebook səhifəmizdə