Əmrini gözləyirik, Ali Baş Komandanın!

Bir əsgərin dilindən Vətən eşqi qaynayır, Canımda, ürəyimdə.

Qurbandı bu torpağa, Canım da, ürəyim də.

Müstəqildi ölkəmiz Azadlıqdı varımız.

Düşməndən azad olsun, Doğma torpaqlarımız.

Gecə-gündüz ayıqdır, Azərbaycan əsgəri.

Apreldən başlayıbdı, Onun ilkin zəfəri.

Deyəcəkdi sözünü, Vətənin qızı, oğlu.

Hər gün addımlayırıq, Böyük Zəfərə doğru.

Şuşada, Kəlbəcərdə, Laçında, Qubadlıda.

Xankəndi, Cəbrayılda, Aman vermərik yada.

Yolumuzu gözləyir, Zəngilanım, Füzulim.

Ağdam, gözlə gələcəm, Tətikdədi bil əlim.

Düşməndə qalmayaraq, Bir qarış torpağımız.

Dalğalanacaq daima, Üçrəngli bayrağımız.

Hazırıq döyüşlərə, Vətən, bizə inanın.

Əmrini gözləyirik, Ali Baş Komandanın!

Türk qızıyam

Axçi, mənə belə baxma, Ər qeyrətli türk qızıyam.

Tariximə qara yaxma,Ər qeyrətli türk qızıyam.

Mən bu yurdun qalasıyam, Öz öcümü alasıyam.

Tomrislərin balasıyam, Ər qeyrətli türk qızıyam.

Qorxu, ülkü bilmərəm mən, Üzə yalan gülmərəm mən.

Öldürməmiş ölmərəm mən, Ər qeyrətli türk qızıyam.

Günel Yusifqızı

Bütün xəbərlər Facebook səhifəmizdə