Süni insan dərisi hazırlanıb - YENİLİK- MARAQLI

Sinqapur alimləri insan dərisi istehsal etməyə başlayıblar. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu addım gələcəkdə kosmetik və digər məhsulları heyvanlar üzərində sınamaq sınamamaq üçün atılıb. Donorlardan və kollagendən əldə edilən dəri hüceyrələri insan dərisi ilə eyni kimyəvi və bioloji xüsusiyyətlərə malikdir.

Layihə Sinqapur Nanyanq Texnologiya Universiteti tərəfindən hazırlanıb. Labaratoriya meneceri Con Koh bildirir ki, məhsulları sınamaq üçün heyvan və insan dərisinə alternativ təklif edirlər.

Komanda insan dərisindəki "naxışları" təqlid etmək üçün printerdən istifadə edir. Dərinin hər kiçik hissəsinin çapı üçün bir dəqiqədən az vaxt tələb olunur.

Qarışıq təxminən iki həftə boyunca inkubasiya edilir, çünki dəri hüceyrələri çoxalır və ağardıcı bir membrana çevrilir.

Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...