Qədim mədəniyyətlərdən olduğu güman edilən Anqkor Vat və ya Anqkorvoat Kambocada yerləşən və tanrı Vişnaya həsr edilmiş nəhəng hinduizm məbədi kompleksidir. SİA-nın verdiyi məlumata görə, dünyanın vaxtilə yaradılmış mədəni tikilisi və arxeoloji abidələrindən biri sayılır. XII əsrin I yarısında kral II Suryavarmanın hakimiyyəti dövründə tikilmişdir. Bu abidə kompleksi UNESCO -nun ümumdünya irsi siyahısına salınmışdır. Anqkor Vat abidəsi Kambocanın Siem reap əyalətinin Siemreap (şəhər) şəhərindən 5,5 km aralıda yerləşərək özündə kxmerlərin qədim paytaxtları olan Ankqorda məbəd kompleksini birləşdirir.Anqkor 200 km² əraziyə malik olduğu bilinsə də, son tədqiqatlar nəticəsində buranın ərazisinin 3000 km² çox olduğu və əhalisinin sayının yarımmilyona çatdığı aşkar olunmuşdur.

İlk əvvəl tanrı Vişnaya həsr olunduğundan arxitektura nöqteyi-nəzərindən özündə induizmdəki tanrıların məskəni olan mifik Meru dağını nümayiş etdirən dağ-məbədləri birləşdirir. Məbəd mərkəzə doğru getdikcə hündürlüyü artan 3 konsentrik düzbucaqlı tikililər formasından ibarət olmaqla,3,6 km uzunluğa və 190 m enə malikdir. Daxili tikililər lotos formasında 5 qüllədən təşkil olunmuşdur. Mərkəzdəki qüllə ibadətgahdan 42 km hündürlüyündə, ümumilikdə yerdən isə 65 km hündürlüyündədir.

XV əsrdə istifadə olunmamağa başlamış və atılıb qalmışdır. Bura avropa sivilizasiyası üçün 1860-cı ildən açılmışdır. Anqkor Vat Kambocanın dövlət bayrağı və gerbində təsvir olunmuşdur.

Məbəd anqkorian stilində tikilmişdir.Kamboca mədəni tikililəri üçün xarakterik olan "dağ-məbəd" tipinə aid edilir. Kxmer məbədləri möminləri yeri yox, tanrıların yaşayış yeri olmuşdur.Anqkor Vat həmçinin hökmdarların dəfn olunması ilə də fərqlənir. Məbəd 1500×1300m ölçüdə düzbucaqlı formasında konstruksiyanı əks etdirərək 200 ha ərazini əhatə edir. Kompleks böyük bayır sarayından, hasarlanmış divar və mərkəzi platformadan ibarətdir. Məbədə giriş qərb tərəfdəndir. Giriş qülləsindən məbədə doğru aparan yolu yeddibaşlı ilan heykəlləri əhatələmişdir.

Anqkor Vatın arxitekturası onun xarici görünüşü ilə uyğunluq təşkil eləyir. Heykəllər burda arxitektonik rol oynayır. Məbədin dolayı qalereyalarının üç yarusunda qədim hind mifologiyasına, qədim hind eposları "Ramayana" və "Mahabharata" mövzularına, həmçinin kxmer tarixinə həsr olunmuş barelyeflər vardır. İkinci yarusunun divarlarını təqribən 2000-nə yaxın səma qızları - apsar fiqurları bəzəyir.

Məbədin tikintisində istifadə olunan daşlar cilalanmış mərmər kimi çox hamardırlar. Daşlar bir-birinə elə kip quraşdırılmışdır ki, onlar arasında aranı bəzən tapmaq olmur. Daş bloklar bəzən heç bir birləşməyə malik deyildir və ancaq öz çəkilərinə görə qalmışdır. Bəzi yerlərdən birləşdirmələrdən istifadə olunmuşdur. Ehtimala görə, daşların yerinə qoyulmasında qaldırıcı güc kimi fillərdən istifadə olunmuşdur. Andre Muo qeyd etmişdir ki, əksər daşlarda 2,5 sm diametrli və 3 sm dərinlikli deşiklər vardır. Bu deşiklərin nə üçün lazım olduğu məlum deyildir. Bəzi mütəxəsislər bunun metal oxların köməyilə daşların bir-birinə birləşdirilməsində istifadə olunduğunu hesab edirlər.

Bu sirli mədəniyyəti hər il milyonlarla turist ziyarət edir.

Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə