Yunanıstanın Kasos adası yaxınlığında qədim dövrə aid üç batmış gəmi aşkar edilib

Yunanıstanın Kasos adası yaxınlığında üç batmış gəmi aşkar edilib.

SİA bu ölkənin Mədəniyyət Nazirliyinin məlumatına əsasən bildirir ki, gəmilər qədim dövr və orta əsrlərə aiddirlər. Arxeoloqlar gəmilərin ətrafında silahlar, gil qablar və beş daş lövbər də aşkar ediblər. Gəminin biri 2300 yaşı var, digərləri isə eramızdan əvvəl I əsrə aiddir. Qeyd edək ki, Kasos adası Krit və Rodos arasında Egey dənizini Yaxın Şərqlə birləşdirən ticarət marşrutu üzərində yerləşir.

Bütün xəbərlər Facebook səhifəmizdə