Təbrizin “Traktor” futbol komandası dünyada ən çox azarkeşə sahib komandadır

Təbriz şəhərinin “Traktor” futbol komandası dünyada ən çox azarkeşə sahib komandadır.

SİA xəbər verir ki, FİFA ötən həftə ölkə çempionatlarında iştirak edən azarkeşlərin sayı ilə bağlı araşdırma aparıb. Müəyyən edilib ki, Təbrizdə keçirilən “Traktor”-“İstiqlal” oyununu 100 min nəfər izləyib.

Ötən həftə Avropada keçirilən ölkə çempionatlarında iştirak edən komandaların izləyicilərinin sayı isə az olub. Tanınmış Avropa klublarına azarkeşlik edənlərin sayı “Traktor”dan azdır.

Almaniya çempionatında “Borussiya”-“Wolfsburq” qarşılaşmasını-80 min 200, İspaniya çempionatında “Real Madrid”-“Sevilla” oyununu 70 min 375, İtaliya çempionatında “Flamenqo”-“Corinthions” qarşıdurmasını 64 min 985, İngiltərə çempionatında isə “Arsenal”-“Wolverhampton” oyununu 60 min 383 azarkeş izləyib.

FİFA-nın cədvəlindən də göründüyü kimi Təbrizin “Traktor” futbol komandası dünyada ən çox azarkeşə sahib olan komandadır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...