Azərbaycanda şok olay - inək kişinin gözünü çıxardı

Gəncə şəhərində inək kişinin gözünü çıxarıb.

SİA-nın bölgə muxbirinin verdiyi məlumata görə, hadisə şəhərin Ə.Cavad küçəsi, ev 68 ünvanında qeydə alınıb.

1978-ci il təvəllüdlü Əliyev Səmərqənd Musa oğlunu inək vurub. Nəticədə gözündən ağır zərbə alan 41 yaşlı kişi yaxınlarının köməyi ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıb.

Həkimlərin səylərinə baxmayaraq S.Əliyevin sol gözü amputasiya edilib.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...