İranın Sarvan şəhərində polis iki ton narkotik vasitə müsadirə edilib

İranın Sarvan şəhərində polisin keçirdiyi əməliyyat nəticəsində 2 ton narkotik vasitə müsadirə edilib.

SİA xəbər verir ki, qaçaqmalçılar narkotik vasitəni Əfqanistandan İrana keçiriblər. Sarvan şəhəri İranın Sistan-Bəlucistan vilayətində yerləşir. Vilayətin polis rəisi, general Məhəmməd Qəmbəri mətbuat nümayəndələrinə bildirib ki, sərhəddən külli miqdarda narkotik vasitənin keçiriləcəyi haqqında məlumat aldıqdan sonra əməliyyat hazırlayıblar. Əməliyyata görə qaçaqmalçılar və narkotik vasitə sərhəddə tutulmayıb. Rəis deyib ki, narkotik vasitənin alıcılarını da tutmaq məqsədilə sərhədçilər və polis onların keçməsinə imkan verib. Qaçaqmalçılar izlənilib və Sarvan şəhərində malı satdıqları yerdə həbs ediliblər. Hazırda istintaq aparılır.

Rəis onu da qeyd edib ki, 2001-ci ildə ABŞ hərbiçiləri Əfqanistana daxil olduqdan sonra narkotik vasitələrin qaçaqmalçılığı artıb. Qaçaqmalçılar İran ərazisindən tranzit kimi istifadə edərək “ağ ölümü” Avropa ölkələrinə daşımağa çalışırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...