Ukraynada ilin əvvəlindən baş vermiş 80 min yanğın hadisəsində 1200 nəfər həlak olub

Ukraynada ilin əvvəlindən 80 min yanğın hadisəsi baş verib ki, nəticədə 1200 nəfər həlak olub.

SİA xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin hesabatında qeyd edilib.

Yanğınların 23 mini yaşayış binasında baş verib.

Dövlət Xidməti hesab edir ki, ölümlə nəticələnən yanğınların əksəriyyəti səhlənkarlıq və yanğın təhlükəsizliyi standartlarına əməl etməməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə