Baba, nənə və nəvənin becərdiyi çətənə plantasiyası aşkarlanıb

Avstriyanın Zaltsburq federal əyalətində hüquq-mühafizə orqanları gözlənilməz mənzərə ilə qarşılaşıblar. Daxil olan məlumatlar əsasında polis əməkdaşları Tsell am Zell kurort qəsəbəsində 21 yaşlı nəvənin 63 yaşlı babası və 61 yaşlı nənəsi ilə birgə qapalı ərazidə becərdiyi çətənə plantasiyası aşkarlayıb.

SİA xəbər verir ki, yaşayış binasının çardağında aşkar edilən “ailə biznesi” əsl peşəkar işi kimi diqqəti cəlb edib. Plantasiya yüksək ustalıqla hazırlanmış havalandırma sistemi, süni işıqlandırma və izolyasiya ilə təmin olunub.

Polis yetişmiş 35 ədəd çətənə kolunu müsadirə edərək məhv edib və hər üç şəxsə qarşı Zaltsburq Əyalət Prokurorluğu tərəfindən cinayət işi açılıb. Nəvə plantasiyadan əldə edilən məhsuldan ilk “qazancını” əldə etdiyini və 150 qram qurudulmuş çətənə satdığını etiraf edib.

Bütün xəbərlər Facebook səhifəmizdə