Moskvada polis öz həmkarını öldürüb

Rüşvət almaqda şübhəli bilinən polis əməkdaşı, onu həbs etmək üçün keçirilən əməliyyat zamanı Moskvadakı “Ryazanski Prospekt” metro stansiyası yaxınlığında həmkarlarına atəş açıb.

SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, nəticədə bir polis ölüb, digəri isə yaralanıb.

Rusiya Daxili İşlər Nazirliyinin Moskva Baş İdarəsinin məlumatına görə, yaralı polis ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...