Kərim Həbib KİA şirkətinin dizayn mərkəzinə rəhbərlik edəcək

Premium sinifindən olan avtomobillər istehsal etmək arzusu ilə alışıb-yanan Kia şirkəti bu xəyalın həyata keçirilməsinə doğru vacib addım atıb. Keçən ayın axırında Infiniti şirkəti ilə yollarını ayırmış Kərim Həbib oktyabr ayında Kia şirkətinin Namyanqdakı dizayn mərkəzinin başına keçəcəkdir.

Milli.Az autograph.az-a istinadən bildirir ki, premium seqmentindən olan avtomobillərin dizaynının yaradılması üzrə iyirmi illik iş təcrübəsinə malik olan dizayner, böyük vitse-prezident və dizayn mərkəzinin rəhbəri olaraq, Hyundai Motor Group qrupunun icraçı vitse-prezidenti və dizayn üzrə baş direktoru Lyuk Donkervolkenin birbaşa tabeçiliyində çalışacaqdır.

49 yaşlı livan mənşəli kanadalı Infiniti şirkətindən öncə BMW və Mercedes-Benz şirkətlərində çalışıb. Kərim Həbib 1998-ci ildən 2009-cu ilə qədər BMW şirkətində çalışıb. 2009-cu ildə Mercedes-Benz şirkətinə keçən dizayner, 2011-ci ildə yenidən Münhenə qayıdıb. Həbibin tanınan işləri arasında BMW X3, X6, 6 Series Gran Coupe və 4 Series modelinin restaylinqi vardır. Kərim Həbib BMW 7 Series (F01/F02), bir sıra Mercedes-Benz və Infiniti konseptlərinin müəllifidir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...