Rusiyanın ən gözəl qızları harada yaşayır?

"TurStat" turizm portalı 9 sentyabr - Beynəlxalq Gözəllik Günü münasibətilə ölkənin ən gözəl qadınlarının yaşadığı şəhərləri sadalayıb.

SİA xəbər verir ki, portalın sosial şəbəkələrdə "Rusiyanın ən gözəl qadınları harada yaşayır?" sualı əsasında aldığı cavablara görə, bu siyahıya paytaxt Moskva başçılıq edir.

Ardınca isə Sankt-Peterburq, Novosibrisk, Rostov Don sıralanır.

Siyahının 5-ci yerində Yekaterinburq, 6-cı yerində isə Tatarıstanın paytaxtı Kazan qərarlaşıb.

7, 8 və 9-cu yerlər isə müvafiq olaraq Krasnoyarsk, Samara və Krasnodarın payına düşür.

Soçi bu siyahıda 10-cu yerdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...