Avropa İttifaqında ən ucuz spirtli içki satılan ölkə hansıdır?

Avropa Statistika Agentliyinin məlumatına əsasən, Avropa İttifaqının digər ölkələri ilə müqayisədə Bolqarıstanda spirtli içkilər daha ucuzdur. SİA xəbər verir ki, Bolqarıstandan sonra bu göstərici Rumıniya, Macarıstan və Çexiyada qeydə alınıb. Ən bahalı spirtli içkilər isə Finlandiya və İrlandiyadadır. Araşdırmaya əsasən, Aİ-də ən çox spirtli içkini Estoniyada adam başına 14,3 litr, Çexiyada adam başına 13,8 litr, Almaniya və Avstriyada adam başına 13 litr içilir. Balkanlarda isə bolqarlar adam başına içilən spirtli içkilərin miqdarına görə birinci yerdədirlər. Burada adam başına 11 litr içki içilir. Bolqarlardan sonra rumınlar adam başına 10 litr, serblər və şimali makedonlar 9 litr, yunanlar 7 litr göstəricisinə malikdirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...