Yaponiyanın Təhsil naziri ad və soyad yazılışı zamanı ənənəvi qaydalara əməl olunmasını xahiş edib

Yaponiyanın Təhsil naziri hökumət sənədlərində yapon adlarının hətta ingilis dilində yazılışı zamanı belə ənənəvi qaydalara əməl olunmasını xahiş edib. Yapon dilində olan qaydalara görə, əvvəlcə soyad, sonra ad yazılmalıdır.

SİA xəbər verir ki, Təhsil naziri Masahiko Şibayama avqustun 6-da bu xahişlə hökumət üzvlərinə müraciət edib.

Qeyd edilir ki, hazırda yapon adları ingilis dilində Qərb qaydasında yazılır. Təhsil Nazirliyinin şura üzvlərinin bildirdiyinə görə, təqribən 20 il əvvəl qəbul olunan qaydaya əsasən "soyad-ad" şəklində yazılış dilə və mədəniyyətə hörməti təsdiq edər.

M.Şibayama jurnalistlərə deyib ki, bu gün gedən qloballaşma prosesi dil və mədəni müxtəlifliyə daha diqqətlə yanaşmağı tələb edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...