Meksikada ABŞ səfirliyinin qadın əməkdaşına qarşı soyğunçuluq hadisəsi baş verib
Meksikanın paytaxtı Mexiko şəhərində ABŞ səfirliyinin qadın əməkdaşına qarşı soyğunçuluq hadisəsi baş verib.
SIA "TASS" informasiya agentliyinə istinadla xəbər verir ki, tapança ilə silahlanmış 61 yaşlı cinayətkar qadını hədələyərək əlindən təqribən 8 min dollar dəyərində “Rolex” markalı saatını alıb və hadisə yerindən qaçıb.
Hadisə Mexiko şəhərinin şimal-qərbindəki Polanko rayonunda baş verib.
Hazırda faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə