Turin Universitetinin professoruna içərisində güllə olan zərf göndərilib

İtaliyanın gündəlik "Corriere della Sera" qəzetinin verdiyi məlumata görə, gözdən əlil insanların görmə qabiliyyətinin bərpasına yardım etmək üçün makaka meymunları üzərində təcrübə aparmaq layihəsinin müəllifi, Turin Universitetinin tədqiqatçı alimi, professor Marko Tamietto içərisində güllə olan təhdidedici zərf alıb. SİA xəbər verir ki, məktubda heyvanların qatili kimi adlandırılan professorun özü və ailəsi ölümlə təhdid edilib. Polis zərfin göndərən şəxsin kimliyini müəyyənləşdirmək üçün araşdırma aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə