Birləşmiş Ərəb Əmirliklərində qadından qəribə boşanma ərizəsi

Birləşmiş Ərəb Əmirliklərinin qadın sakini məhkəməyə qəribə boşanma ərizəsi ilə müraciət edib. SİA "Khaleej Times" nəşrinə istinadən xəbər verir ki, qadın bu addımı ərinin "hədsiz məhəbbətinə" dözməməsi səbəbindən atıb. Bir illik evlilik həyatında onların arasında bir dəfə də olsa mübahisə baş verməməsi, ərinin heç vaxt onun üstünə çığırmaması və həmişə mehribanlıq göstərməsi qadını qane etməyib. Qadın yardım istəmədiyi halda, əri ev işlərində ona kömək göstərib, hətta yemək hazırlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə