Suat Kaya 20 illik parikini çıxarıb

Türkiyə millisinin sabiq üzvü Suat Kaya 20 illik parikini çıxarıb. SİA xəbər verir ki, bu yaxınlarda saç əkdirən 51 yaşlı mütəxəssis bu səbəbdən parik taxmaqdan imtina edib. O, bir seansla başına 20 min tük əkdirib. Qeyd edək ki, uzun illər "Qalatasaray"da çıxış etmiş Suat Kaya futbolçu karyerasını bitirdikdən sonra məşqçilik edir.

Bütün xəbərlər Facebook səhifəmizdə