Sərnişin uçmaq üçün təyyarənin qanadına dırmaşdı

O, bu hərəkətini Qanaya uçmaq arzusunda olduğu ilə əsaslandırıb

Nigeriyada uçmağa hazırlaşan təyyarənin qanadın çıxan şəxs, göyərtəyə girməyə cəhd göstərib. SİA “The Independent” portalına istinadən məlumat verir ki, insident ölkənin paytaxtı Laqos şəhərində qeydə alınıb.

Məlumata görə, “Boeing 737”nin pilotu havalanmaq üçün mühərriki işə salıb, bu anda sərnişinlər laynerin qanadına naməlum şəxs görüblər və ekipaj üzvlərinə xəbər veriblər.

Kişi təyyarənin füzelyajına keçərək gizlənmək istəyib. Lakin onun bu cəhdinin qarşısını aeroport işçiləri alıb.

O, bu hərəkətini Qanaya uçmaq arzusunda olduğu ilə əsaslandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə