“Kaspersky Lab” Kuril adalarına ekspedisiyanı dəstəkləyir

Eko fəallar, sənədli film çəkənlərvə fotoqraflardan ibarət böyük komanda Yevgeniy Kasperski ilə birlikdə Kuril adalarına 12 günlük ekspedisiyaya yola çıxıb. “Kaspersky Lab” tərəfindən maliyyələşdirilən səfərin məqsədi arxipelaqın unikal ekosistemini araşdırmaq və Kuril adalarının qarşılaşdığı ekoloji problemlərə ictimaiyyətin diqqətini cəlb etməkdir.

Ekspedisiya Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) konsultasiyası ilə həyata keçirilir. Fondun ekspertləri fəallara yerli, o cümlədən, dəniz flora və faunasının özəlliklərini anlamağa yardım edir, Kuril adalarının ən mühüm ekoloji məsələləri barədə danışırlar.

İki həftəyə yaxın müddət ərzində ekspedisiya iştirakçıları Onekotan, Uşişir, Simuşir, Urup və Kunaşır adalarını tədqiq edəcəklər. Bu səyahətin nəticələri geniş auditorayaya Kuril adalarının gözəlliyinə həsr olunmuş sənədli film vasitəsilə çatdırılacaq. Bu, “Kaspersky Lab” şirkətinin baş direktoru Yevgeniy Kasperskinin Kuril adalarına ikinci ekspedisiyasıdır. Onun adalara ilk ekspedisiyası isə 2014-cü ildə baş tutub.“Kuril adaları xüsusi iqlimi və qeyri-adi mənzərəsi ilə indiyə kimi olduğum ən gözəl yerləndəndir. Lakin bura gəlmək asan deyil - bunun üçün əsl ekspedisiya təşkil etməlisiniz. Renan Öztürkün Kuril adalarını görmək istəyini və bu kimi uzaq yerləri araşdırmaqda maraqlı olduğunu bildikdə, mən onu arzusunu həyata keçirməyə yardım etmək üçün ekspedisiyaya dəvət etdim. Kuril adalarını ekoloji məsələlərlə məşğul olan və baş verənləri sənədləşdirən mütəxəssislər qrupu ilə öyrənmək ikiqat zövq verir. “WWF Rusiya”nın dəstəyini də yüksək qiymətləndiririk. Fondun mütəxəssisləri bölgənin vəhşi aləminin necə yaşadığını və onun qorunmasına nələrin mane olduğunu anlamağa kömək edirlər. Ümid edirəm ki, birlikdə ictimaiyyətin diqqətini qorunmağa ehtiyacı olan Kurilə cəlb edə bilərik. Bu, bizim ekspedisiyanın əsas mahiyyətidir ", - Yevgeniy Kasperski bildirib.

Ekspedisiyanın bütün mərhələləri “Kaspersky Lab” tərəfindən təsis edilmiş texnologiyalar mədəniyyətinə həsr olunmuş onlayn jurnalda - Tomorrow Unlocked platformasında nümayiş olunacaq. Ekspedisiyanı sosial şəbəkələrdə, xüsusilə də “İnstagram”da #fromkurilswithlove haştaqı ilə izləmək olar.

Müəllif: Zakir Rəhimli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...