Alimlər uzaq Qalaktikadan gələn səs eşidiblər

Kaliforniyanın Syerra-Nevada dağlarındakı "Ouens-Velli" rəsədxanasının alimləri yeni radiotezlik tutublar və onun yerini kəşf ediblər.

SİA xəbər verir ki, bu barədə "Nature" jurnalında məqalə dərc edilib. Bildirilir ki, bu tip radio dalğalar ən sirli kosmik hadisələrdən sayılır. Bu günə qədər bu səslər 80 dəfə eşidilib. Radio dalğa bir milli saniyə olur və mənbəyi qalaktikamızdan kənardadır. Bu səslərin yaranma səbəbi bu gün də bilinmir.

Kaliforniya alimlərinin eşitdiyi radio siqnal Yerdən 7.9 milyard işıq ili uzaqda yerləşən qalaktikadan gəlir. Sonuncu dəfə 2014 və 2017-ci illərdə radio siqnal eşidilib. Bu səslər isə planetimizdən 3 milyard işıq ili uzaqda yerləşən qalaktikadan gəlib.

27 iyun tarixində də avstraliyalı alimlər bizdən 4 milyard işıq ili uzaqda yerləşən qalaktikadan radio siqnal tutublar.

Bütün xəbərlər Facebook səhifəmizdə