Taylandda qorxu filminin nümayişi zamanı yaşlı şəxs vəfat edib

Taylandın kurort bölgəsi olan Pattaya şəhərində britaniyalı turist kinoteatrda qorxu filminə baxarkən ölüb.

SİA “gazeta.ru”ya istinadən xəbər verir ki, 77 yaşlı Bernard Çenninq "Annabelin lənəti 3" adlı filmi izləyib.

Film sona çatıqdan sonra Çenninqin nəfəs almadığı məlum olub. Dərhal təcili yardım çağırılsa da turistin artıq keçindiyi məlum olub.

77 yaşlı turistin nədən öldüyü məlum olmayıb. Monita Pxenqrat adlı yerli sakin bildirib ki, kinoteatrda olanlar şoka düşüblər. Onlar cəsədin yanında uzun müddət oturduqlarından qorxublar.

Bütün xəbərlər Facebook səhifəmizdə