Cənubi Afrika Respublikasının şərqində 14 şir milli parkdan qaçıb. SİA-nın verdiyi məlumata görə, Limpopo əyalətinin rəhbərliyi yaxınlıqdakı qəsəbələrin sakinlərinə ehtiyatlı olmağı tövsiyə edib.

Şirlər Krüger milli parkından qaçıb. Hazırda reyncerlər heyvanların axtarışını aparır. Qərara əsasən, şirlər tapılıb parka qaytarılmalıdır, lakin zərurət yaranacağı təqdirdə onların öldürülməsi istisna edilmir.

Qeyd edək ki, bir neçə gün əvvəl həmin milli parkda bəbir 3 yaşlı uşağı parçalamışdı. Parkın əməkdaşları bəbiri öldürmək məcburiyyətində qalmışdı.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...