Sürətli yeriyən insanlar daha çox yaşayır

Britaniyanın Lester Universitetinin tədqiqatçıları belə qərara gəliblər ki, sürətli yeriyən insanlar astagəl insanlardan daha uzun ömür sürürlər.

Eksperiment orta yaşı 52 təşkil edən 475 min nəfər üzərində aparılıb. Sürətli yeriməyi sevənlərin ömrü qadınlar arasında 86,7 - 87,8 il, kişilər arasında 85,2 - 86,8 il təşkil edib. Asta yeriməyi sevən insanların ömrü isə müvafiq olaraq 72,4 və 64,8 ilə bərabər olub. Hətta, müxtəlif xəstəliklərdən və piylənmədən əziyyət çəkən sürətli yeriş həvəskarları astagəl yaşıdlarından daha çox ömür sürüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə