Arxeoloqlar 7600 il tarixi olan qəbir aşkar ediblər

Bolqarıstanın Slatina yaşayış rayonunda aparılan arxeoloji qazıntılar nəticəsində 7600 yaşı olan neolit dövrünə aid qəbir aşkar edilib.

Alimlərin fikrincə tapıntı Avropa sivilizasiyasını başlanğıcında Bolqarıstan torpaqlarında yaşayan insanların fiziki xüsusiyyətləri barədə məlumat verir. Arxeoloqlar tərəfindən tapılan skeletin qadına məxsus olduğu güman edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə