Sevgilisinə 400 sms yolladı, həbsxanaya girdi...

Britaniyanın “Red or Black” teleşousunun qalibi Natan Heyqman 4 ay azadlıqdan məhrum edilib. Buna səbəb onun keçmiş sevgilisinə cəmi 2 gün boyunca 400 sms yollaması olub. Berkşir qraflığı məhkəməsi kişinin bu hərəkətini dələduzluq kimi qiymətləndirib.

Heyqmanın adı açıqlanmayan keçmiş sevgilisi deyib ki, təhdid məktubları ona hər 7 dəqiqədən bir gəlirmiş. Məhkəmə zamanı isə bəlli olub ki, kişi daha öncə də qarşı cinslə münasibətlərdə problemlər yaşayırmış. 2006-cı ildə onu keçmiş sevgilisini döyüb evini qarət etdiyinə görə 5 il azadlıqdan məhrum etmişdilər. 2011-ci ildə isə daha bir teleşouda qalib gələndən sonra sevgilisinə taksi pulu olaraq 60 funt verərək, evdən qovub.

Bütün xəbərlər Facebook səhifəmizdə