Ölkə başçısı mühafizəçisi ilə evlənib

Tailand kralı Vajiralonqkorn öz mühafizəsinə cavabdeh olan general xanım Suthida Na Ayudhya ilə evləndiyini və onu ölkənin kraliçası elan etdiyini bildirib.

SİA-nın xarici kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, nikah kral ailəsinin adətlərinə uyğun olaraq keçirilib.

Bundan sonra kraliça Suthida kral ailəsinin bütün imtiyazlarından istifadə edə biləcək.

Atası Bhumibol Adulyadej 2016-cı ildə vəfat etdikdən sonra hakimiyyətə gələn 66 yaşındakı Vajiralonqkom 3 dəfə ailə həyatı qurub və o, bu evliliklərdən 7 uşağa sahibdir.

Xanım Suthida isə 2016-cı ildə general rütbəsinə layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə