Rusiyanın ən çox təzə maşın alınan regionları - Siyahı

2019-cu ilin birinci rübündə rusiyalılar 323 min ədəd yeni minik avtomobil alıblar.

SİA-nın Rusiya xəbər agentliklərinə istinadən verdiyi xəbərə görə, alınan maşınlardan 45400 ədədi Moskva şəhərinin payına düşür. Bu siyahıda paytaxt şəhərini 29900 ədəd maşınla Moskva vilayəti izləyir. İlk üçlüyü 21700 rəqəmi ilə Sankt-Peterburq qapayır.

Bundan başqa, ilk onluğa Tatarıstan Respublikası (14000), Krasnodar diyarı (13000), Başqordostan (11000), Sverdlovsk (10200), Samara (9800), Çelyabinsk (8300) və Rostov (8200) vilayətləri də daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə