Uqandada dünyanın ən çox uğağı olan anası Mariam Nabatanzi yaşayır.

SİA-nın xarici kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, 39 yaşlı bu qadının 38 övladı var. Qadının orqanizminin qeyri-adiliyi ondadır ki, o, demək olar ki, hər doğuşda 1-dən çox uşaq dünyaya gətirib. Mariam 13 yaşı olarkən ona ilk övladları “ana” statusu verib. Bundan sonra qadın 5 dəfə ekiz, 4 dəfə üçəm, 5 dəfə isə 4 uşaq dnyaya gətirib.

Bütün ailə qəsəbədə kofe plantasiyası yaxınlığında beton evdə yaşayır. Bundan əlavə, 3 il əvvəl ailə başçısı vəfat etdiyindən Mariam Nabatanzi artıq ailəni tək və müstəqil idarə edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...