Bu kompüter virusu orqanizmə ziyan vura biləcək

İsraildəki Ben-Qurion adına Universitetin Elmi-Tədqiqat Kibertəhlükəsizlik Mərkəzinin tədqiqatçıları yüksəktexnoloji tibb avadanlıqlarında qeyri-dəqiqlik aşkarlayıblar. SİA xarici KİV-lərə istinadla xəbər verir ki, tədqiqatçılar fəal eksployt yaratmağa və onun hücuma keçməsinə nail olublar. Yaradılan zərərverici proqram təminatı kompüter tomoqrafiyası və maqnit-rezonans tomoqrafiyasının nəticələrinə dəyişikliklər etməyə imkan verir. Belə ki, dəyişikliklər avtomatik və həkimlər təsvirləri əldə etdiyi vaxtdan əvvəl ötürülür.

Bu zərərvericinin köməyi ilə pasiyentin kompüter tomoqrafiyası və maqnit-rezonans tomoqrafiyasının nəticələrinin təsvirinə bədxassəli şişi əlavə etmək və ya təsvirdəki şişi silmək mümkündür. Yekun təsvir o dərəcədə real olur ki, hətta testlərdə iştirak edən həkimlər də onun doğruluğuna inanıb və saxta olmasından şübhələnməyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə